Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotoşəkil

yun. photos – işıq

Real cisim­lərin, şəxslərin, süjetlərin fotoqrafiya üsulu ilə alınmış statik təsviri.

F. müxtəlif mad­di daşıyıcılar üzərində bərkidilə, həm­çinin elektron formada, ağ-qara və rəngli ola bilər. Tarixdə ilk F. 1826-cı ilə fransız ixti­raçısı Jozef Nyepsin çəkdiyi «Le Qrasda pəncərədən görünüş» şəklidir.

See also:

Jurnalistika terminləri lüğəti

frilanser

ing. freelancer – ştatdankənar işçi, ilkin mənasında – sərbəst nizətutan

Da­imi iş yeri olmadan müxtəlif təşkilatların sifarişlərini yerinə yetirən peşəkar.

Bü­tün dünyada F.-lərin əksəriyyəti jurnalist, dizayner, redaktor, fotoqraf, sosial media məsləhətçisi və bu kimi mediaya bir­başa aidiyyəti olan sahələrdə çalışır (2012-ci ildə ABŞ-da dərc edilmiş «Frilans sənayesi üzrə hesabat»a görə, ümumilikdə 70%-dən ço­xu). Adətən, F.-lər böyük təc­rübə və texniki biliklərə, dərin təhlil və araşdırma qabiliy­yətinə malik mütə­xəs­sislər olur, onların sərbəstliyini təmin edə­cək qədər qazanc əldə edə bilirlər. F. termini ilk dəfə şotland yazıçısı Valter Skottun “Ayvenqo” roma­nında (1820) «orta əsrlərin muzdlu dö­yüşçüsü» mənasında işlədilib, XX əsrin əvvəl­lərində İngiltərənin lüğətlərinə daxil edilib, sonradan mənasını genişləndirib.

See also:

Jurnalistika terminləri lüğəti