Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

abunə kampaniyası

Dövri mətbu nəşrin auditoriyasını saxlamaq və genişləndirmək məqsədilə həyata keçirilən xüsusi tədbir­lər kompleksi.

Abunəçilər nəşrin stabil audi­­toriyasını və zəmanətli gəlir mən­bə­yini təş­kil edirlər, buna görə də KİV A.K.-na ilin ən böyük marketinq, PR, reklam aksiyası kimi yanaşır. A.K., adətən, ilin sonuna yaxın üç ay davam edir, bəzən ildə iki dəfə, yaxud ilboyu aparılır. Bu müd­dətdə əha­linin müx­təlif təbəqələrinə ar­dıcıl mü­ra­ciətlər ün­vanlanır, uzun­müddətli abunə müqa­bilində böyük güzəştlər təklif edilir, lote­reyalar, oxucu konfransları, hətta pulsuz konsertlər kimi kütləvi tədbirlər keçi­rilir. A.K. redak­siyanın özü ilə bərabər, onun müqavilə bağladığı təşkilatlar tə­rə­findən də həyata ke­çirilə bilər.

See also:

Jurnalistika terminləri lüğəti

abonent şəbəkəsi

Abonentə onun yaşa­dığı ərazidə və ya ictimai yer­lərdə televiziya və radio yayım xidməti göstərən kabel pay­layıcı şə­bəkə.

Jurnalistika terminləri lüğəti