Beyinin sol yarımkürəsinin zədələnməsi nəticəsində yazı bacarığının tamamilə və ya qismən itirilməsi.
Aqrafiya zamanı insan intellekt və kiçik motorika vərdişlərini saxlasa da, sözlərin yazılışında kobud təhriflərə yol verir, hərfləri, hecaları buraxır və ya düzgün birləşdirə bilmir.
Həmçinin bax: afaziya.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti