Beyin zədələnməsi və ya əsəb sisteminin pozulması nəticəsində danışıq və eşitmə qabiliyyətinin itirilməsi.
Afaziya danışığın düzgün qrammatik tərtibatının pozulmasından, lazım olan sözlərin seçilməsində və tələffüzündə danışanın səhvə yol verməsindən ibarətdir. Nevropatoloqlar Afaziyanın iki növünü göstərirlər:
1) motor – xəstədə nitqi anlamaq və yazı qabiliyyəti qalır, ancaq danışıq qabiliyyəti pozulur;
2) sensor – xəstənin dinləyib anlama bacarığı itir, ancaq danışma, yazı, oxu bacarıqları qalır. Adətən afaziyanın bu növlərinə ayrılıqda rast gəlinmir. Sensor afaziyadan əziyyət çəkənlər motor, yəni danışığını düzgün qurmaqda da xeyli çətinlik çəkirlər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti