Gözlə görünən, açıq, aydın, aşkar (adətən xəbər şəkilçisi ilə işlənir). □ Əyan etmək. Əyan olmaq. Onun düzgünlüyü hamıya əyandır. Gedən, getmə, dayan, dur; Sirrim sənə əyandır. (Bayatı).
Arxaizm. Ölkənin yuxarı təbəqələrinə mənsub olan mötəbər və yaşlı adamlar; zadəganlar. □ Nüşabə taxt üstündə oturmuş, ətrafda vəzirlər, əyanlar, sərkərdələr, saray adamları dayanmışdır. (A.Şaiq).
Azərbaycan dilinin izahlı lüğəti