Ay // aşıq şeirində və klassik ədəbiyyatda gözəl üz mənasında işlənir.(“Koroğlu” dastanının lüğəti)
Bircə dindir Dəmirçioğlunun özünü,
Şəmsü qəmər kimi göstər üzünü,
Qoy öpək Qıratın dırnaq, gözünü,
Gün kimi aləmə yayıl, Eyvazım!
(“Durna teli”) (“Bağdad–Əsəd”, “Bağdad–Əli”)
1. Açıq-qara.
2. Dialektlərdə sarımtıl (at haqqında) mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Əylən deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikasıərəb. qambar sözündəndir. Qəmbər kişi adı sadiq dost, ürəyə yaxın, ailənin dostu mənalarını ifadə edir.
Adın daşıyıcılarından Əməkdar İncəsənət Xadimi, bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığında (1916–1961) məşhur “Cücələrim” (sözləri şair T.Mütəllibovundur) mahnısı böyük sənət uğuru sayılır. “Cücələrim” bu gün artıq dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunmuşdur. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşağın və böyüyün – müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan mahnılar çox azdır. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmamışdır. Hətta dünya şöhrətli Çarli Çaplin Azərbaycandan gələn kino işçiləri ilə görüşündə piano arxasına keçərək “Cücələrim”i ifa etmiş və demişdir: “Deməli, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Azərbaycan şəxs adlarının izahlı lüğəti