1. Bir işdə üstün gəlmək, birinciliyi qazanmaq üçün bir-birini keçməyə çalışma. □ Nəcəflə yarışda da söz yox ki, Qaraş çalışırdı qalib çıxsın. (M.İbrahimov).
2. İdmanın hər hansı bir növü üzrə birinciliyi qazanmaq üçün yarışma. □ Yarış meydanı. İdman yarışı. Üzgüçülük yarışı. Beynəlxalq yarış.
Azərbaycan dilinin izahlı lüğəti1. Görməli olduğu və ya tapşırılmış bir işi qənaətbəxş, kifayətləndirici dərəcədə yerinə yetirmək. □ ...yaratmaq, yarıtmaq, bütün qabiliyyətini ... işinə vermək eşqindədir. (Mir Cəlal).
2. Razı olmaq, təmin etmək, kifayət etmək, təmin etmək. □ Nə bülbülün yarıtmış; Nə özü yarımış gül. (Sarı Aşıq).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir iş üçün əlverişli və münasib olmayan, yaxud tapşırılan və ya görməli olduğu bir işi lazımınca, qənaətbəxş surətdə yerinə yetirə bilməyən (yaxud yetirməyən). □ Yarıtmaz adam. İşin nəticələri yarıtmazdır.
2. Zərf kimi: pis, qeyri-qənaətbəxş. □ Yarıtmaz işləmək.
Azərbaycan dilinin izahlı lüğəti