1. Ancaq bir qat; astarı olmayan, astarsız. □ Gülsənəm lap arıqlamış, yalınqat, nazik, yamaqlı büzmənin içində oturmuş və fikrə getmişdi. (S.Rəhimov).
2. Məcazi mənada: çox arıq, sısqa, cansız, sağlam olmayan. □ Mənim kimi yalınqatdan nə hasil; Adam gərək ola püsərək topçaq. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti1. Tək, kimsəsiz, yalnız, tək-tənha. □ Yalqız quş yuva salmaz. (Atalar sözü).
2. Zərf kimi: tək, kimsəsiz, yalnız, tək-tənha. □ Yalqız qalmaq. Yalqız gəlmək. Yalqız yeyən süfrəsini özü yığar. (Atalar sözü). Bahalıqda çörəyin əsirgəyən ucuzluqda yalqız qalar. (Atalar sözü).
3. Ancaq, təkcə, müstəsna olaraq. □ Elə yalqız Zakir deyil gileyli; Azürdədir aləm sərasər səndən. (Q.Zakir).
Azərbaycan dilinin izahlı lüğəti1. Təklik, tək-tənhalıq, yalnızlıq, tək qalma. □ Müşkünaz uşaqlıqdan təkliyi sevmir, yalqızlıqdan daralırdı. (Ə.Vəliyev).
2. Kimsəsizlik, adamsızlıq. □ Durnanın yetimlik, yalqızlıq iztirabları ilə pərvəriş tapmış qəlbi, bu sakit sevginin sadə, mehriban axşamları ilə bəxtiyar idi. (İ.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti