1. Qatı, yağlı bir maddəni bir şeyin üstünə sürtüb yaymaq, bulamaq, batırmaq. □ Çörəyə kərə yaxmaq. Ənliklə sürmə çox olanda qaşa da yaxarlar, gözə də. (Atalar sözü).
2. Məcazi mənada: əsassız olaraq isnad etmək, boynuna qoymaq, üstünə atmaq. □ Sənin bu ləçər qızın mənim üstümə oğurluq yaxır. (N.Vəzirov).
1. Yanmağına səbəb olmaq; yandırmaq. □ Qonşu qonşuya baxar – özünü oda yaxar. (Atalar sözü).
2. Məcazi mənada: mənəvi əzab və iztirab vermək, ruhən incitmək, çox ağır təsir etmək. □ Bir söz ilə eldən-elə atıldım; Bu qərib ellərdə yaxdı nar məni. (“Aşıq Qərib”).
Həmçinin bax:
1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən, gözəl, xoş. □ Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır. Ac qalmaq borclu olmaqdan yaxşıdır. (Atalıar sözü).
2. Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). □ Mənim yaxşı oğlum! Mənim yaxşı balam!
3. Əlverişli, faydalı, dəyərli, müsbət. □ Yaxşı nəticə. Yaxşı fikir söylədi. Yaxşı məsləhət hər şeydən yaxşıdır. (Atalar sözü).
4. Xoş, səfalı. □ Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik.
5. Təcrübəli, məharətli. □ Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam.
6. Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib, dəyanətli, sədaqətli. □ Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad. Bəla həmişə yaxşı adamı tapar. (Atalar sözü).
7. Zərf kimi: kifayət qədər, lazımınca, əməlli-başlı. □ Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq. Axırda gülən yaxşı gülər. (Atalar sözü). Az olsun, yaxşı olsun. (Atalar sözü).
8. İsim kimi: tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət – “4”. □ Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb.
9. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. □ Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər.
10. Məcazi mənada; güclü, qüvvətli, bərk, əməlli-başlı. □ Yaxşı bir yumruq ilişdirdi.
11. Zərf kimi: salamat, itkisiz, zərərsiz. □ Bəladan yaxşı qurtardın.
12. Modal söz kimi: “razıyam”, “sən deyən olsun” mənasında razılıq bildirir. □ Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun.
13. Modal söz kimi: “razıyam”, “sən deyən olsun” mənasında (sual cümlələrində). □ Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? (Ü.Hacıbəyli).
14. Modal söz kimi: “yadda saxla”, “çox əcəb”, “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). □ Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm.
15. İsim kimi: müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib, dəyanətli, sədaqətli adam. □ Yaxşılar kölgədə qalıb, pislər meydan sulayır. (Atalar sözü).
Həmçinin bax:
1. Yaxşı. □ Yaxşıca gəldin. Yaxşıca yadıma düşdü. Yaxşıca etdin. Yaxşıca cavabını verdin.
2. Yaxşı-yaxşı, lazımi surətdə. □ Bir də görsəydim, yaxşıca diqqət edərdim.. (Ü.Hacıbəyli).
3. Sifət kimi: yaxşı, lazımi surətdə. □ Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur yaxşıca yağlıca bozbaş ilə. (C.Məmmədquluzadə).
Azərbaycan dilinin izahlı lüğətiBir şeyin keyfiyyətini, vəziyyətini daha yaxşı, daha mükəmməl, daha gözəl, daha əlverişli etmək; yaxşılaşdırmaq. □ Keçən zəmanədə insan köçəri olduğuna, yəni onun yeri çox olmağa binaən o, yerləri yaxşılandırmağa səy etməyib. (“Əkinçi”).
Azərbaycan dilinin izahlı lüğətiBir şeyin keyfiyyətini, vəziyyətini daha yaxşı, daha mükəmməl, daha gözəl, daha əlverişli etmək. □ Mənzil şəraitini yaxşılaşdırmaq. Əhvalını yaxşılaşdırmaq. Məhsulun keyfiyyətini yaxşılaşdırmaq. Mal-qaranın cinsini yaxşılaşdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti