1. Sakit edilmək, rahatlandırmaq; rahatsızlığını, iztirabını, həyəcanını aradan qaldırmaq; təskin edilmək.
2. Özünü sakit aparmağa məcbur etmək. □ Uşaqları sakitləşdirmək. Dalaşanları güclə sakitləşdirə bildik.
3. Yatırtmaq, ləğv etmək. □ Qovğanı sakitləşdirmək. Həyəcanı sakitləşdirmək.
4. Yüngülləşdirmək, ya aradan qaldırmaq, kəsmək. □ Diş ağrısını sakitləşdirmək. Əsəbləri sakitləşdirmək.
1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək; sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. □ Gecədən keçmiş şəhər sakitləşdi. Dəniz sakitləşdi. Küləksakitləşdi.
2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq,rahatlanmaq, müvazinət kəsb etmək. □ Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. (Y.V.Çəmənzəminli).
1. Səs, danışıq, hay-küy olmadığı hal; tam sükut, səssizlik. □ Sakitliyi gözləmək. Sakitlik yaratmaq. Sakitliyi pozmaq.
2. Məcazi mənada: dinclik, əmin-amanlıq, asayiş, əmniyyət; dinc,sakit həyat; müvəqqəti sükut. □ Hər yerdə sakitlik hökm sürür.
3. Məcazi mənada: arxayınlıq, xatircəmlik; iztirab, həyəcan, qayğıolmadığı hal. □ Sakitliyini itirmək.