Açıq havada xörək və s. bişirmək üçün üstünə qazan qoyulan üçayaqlı dəmir çənbər. □ Təzə qalaylanmış mis qablar, şiş, maşa, sacayaq, qiyməkeş və sair ailə mətbəxində işlənməsi lazım olan hacətləri cehiz adı ilə atası qızına verəcəkdir. (R.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğətiİnsanın başında bitən tüklər. □ Qara saç. Xurmayı saç.
See also:
1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. □ Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaqtikmək.
2. Botanika. Bəzi bitkilərdə uzun nazik tellər. □ Qarğıdalı saçağı.
3. Məcazi mənada: şüa. □ Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə. (S.Vurğun).