Qarlı, soyuq. □ Nival iqlim.
See also:
Amur çayının aşağı tərəfində və Saxalin adasında yaşayan xalq (giləklərin köhnə adı).
Vəkillik, naiblik.
1. Klassik ədəbiyyatda yalvarış, yalvarma, mərhəmət istəmə, rica mənalarında işlənmişdir. □ Niyaz etmək. 2. Arxaizm. Allah yolunda verilən şey, nəzir, sədəqə. □ Niyaz vermək.
“Nə üçün?”, “nə səbəbə?”, “nəyə görə?” mənalarında işlənən sual əvəzliyi (bəzən “niyə görə?” şəklində işlənir). □ Niyə dünən gəlmədin? Niyə bu işə razı oldun?
1. Aprel (canlı dildə “leysan” şəklində işlənir). □ Niysan yağışı. 2. Niysanda yağan yağış.
Məqsəd, məram, qəsd. □ Niyyətin hara, mənzilin də ora. (Atalar sözü).
...məqsədlə, ...arzusu ilə, qarşısına məqsəd qoyaraq (əsasən, “o”, “bu” işarə əvəzlikləri ilə işlənir). □ Girdim bağa üzümə; Tikan batdı dizimə; Niyyətlə evdən çıxdım; Yar göründü gözümə. (Bayatı).
Arxaizm. Çəkişmə, mübahisə, tutaşma, küsüşmə, qovğa, ixtilaf. □ Firqələr təşkil edilmiş anbaan; Olmamış əskik niza heç bir zaman. (H.Cavid).
1. Qayda, tərtib, üsul. □ ...Hacı Məcid Əfəndi cümə məscid mədrəsəsinin nizamını pozdu. (C.Məmmədquluzadə). 2. Sıra, cərgə, səf, düzülüş. □ Nizama durmaq.
1. Düzgün, tərtibli, mütəşəkkil, müntəzəm. 2. Ardıcıl hərbi hazırlıq keçmiş. □ Bir dəfə bizə əmr etdilər ki, orduda...nizami soldatlar isə başqa tərəfə keçsin. (S.Vəliyev). 3. Hərbi, əsgəri, rəsmi. □ Nizami geyim.
Müəyyən edilmiş qayda, üsul, qayda-qanun. □ İşdə nizam-intizama riayət etmək.
Müəyyən qaydada, müəyyən üsulla, tərtibatla, düzgün sıra ilə, sistemlə. □ Kitabları nizamla düzmək. Şagirdləri nizamla oturtmaq.
Bax: nizamlamaq.
Nizama salmaq, qaydaya salmaq, müəyyən sistemlə düzmək.