Reklam
Reklam

All dictionaries

konservasiya [k'anservasiya] isim pol. konservvacja < lat. conservatio – saxlama

1. Nəyinsə uzun müddət saxlanması üçün xüsusi emal və ya şərait. □ Qida konservasiyası.

2. Hansısa fəaliyyətin, prosesin, işin müvəqqəti dayandırılması; prosesin dondurulması. □ Münaqişənin konservasiyası.

See also:

coğrafiya: landşaftın konservasiyası Azərbaycan dilinin izahlı lüğəti

konservator [k'anservator] isim lat. conservator – qoruyucu

1. Köhnə fikir və qaydaların tərəfdarı olan, bu qaydaları qorumağa çalışan adam, mühafizəkar. □ Konservator yanaşma.

2. Politologiya. Mühafizəkar partiyanın üzvü. □ Konservator deputat.

Azərbaycan dilinin izahlı lüğəti

konsessiya [k'ansessiya] isim alm. konzession, fr. concession < lat. concessio – icazə, güzəşt

Dövlətlə özəl şirkət arasında dövlətə məxsus təbii sərvətlərin, sənaye müəssisələrinin və s.-nin müəyyən müddətə istismara verilməsinə dair razılaşma, müqavilə; belə müqavilə əsasında təşkil edilmiş idarə. □ Konsessiya yaratmaq.

Azərbaycan dilinin izahlı lüğəti

konsilium [k'ansiliyum] isim lat. consilium – toplaşma, məsləhətləşmə, müzakirə

Həkimlərin birgə məsləhətləşməsi ilə xəstəyə diaqnoz qoymaq, müalicə üsullarını müəyyənləşdirmək üçün keçirilən toplantı; bir qayda olaraq, nüfuzlu mütəxəssislərin keçirdiyi məsləhətləşmə. □ Tibbi konsilium.

Azərbaycan dilinin izahlı lüğəti

konsolidasiya [k'ansalidasiya] isim lat. consolidatio – möhkəmlətmə

Birləşmə, həmrəy olma və müştərək hərəkət etmə; vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi; xüsusən böhranlı vəziyyətlərdə siyasi güclərin vahid ideya və məqsəd naminə bir araya gəlməsi. □ Siyasi partiyaların konsolidasiyası.

Azərbaycan dilinin izahlı lüğəti

konsorsium [k'ansorsiyum] isim ing. consortium < alm. konsortium < lat. consortium – birgə iştirak, birlik

İnhisarçı birlik formalarından biri; böyük layihələrin gerçəkləşdirilməsi üçün iri istehsal və maliyyə şirkətlərinin müvəqqəti birləşməsi. □ Neft konsorsiumu.

Azərbaycan dilinin izahlı lüğəti

konspirasiya [k'anspirasiya] isim lat. conspiratio – gizli, xəlvət, sui-qəsd

Hansısa fəaliyyəti gizli aparmaq məqsədilə tətbiq edilən üsul və tədbirlər sistemi. □ Konspirasiyaya əl atmaq.

Azərbaycan dilinin izahlı lüğəti

konstatasiya [k'anstatasiya] isim fr. constatation – məlum olan

1. Bir şeyin doğruluğunun təsdiq edilməsi. □ Qısa konstatasiya.

2. Faktların heç bir şərhə yol vermədən, sadəcə, sadalanması; müəyyən mənada ümumiləşdirmə. □ Konstatasiya etmək.

Azərbaycan dilinin izahlı lüğəti

konstitusiya [k'anstitusiya] isim pol. konstytucja < fr. constitution < lat. constitutio – nizamlama, quruluş

İctimai və dövlət quruluşunu, hakimiyyət orqanlarının təşkili qaydaları və prinsiplərini, məhkəmə və seçki sistemini, vətəndaşların hüquq və azadlıqlarını, borc və vəzifələrini müəyyənləşdirən əsas qanun. □ Azərbaycan Respublikasının Konstitusiyası.

Azərbaycan dilinin izahlı lüğəti

konstruksiya [k'anstruk'siya] isim pol. konstrukcja < lat. constructio – tərtib, düzülüş

1. Qurğu, bina və ya onun qarşılıqlı əlaqədə olan hissələri. □ Möhtəşəm konstruksiya.

2. Sözlərin qrammatik əlaqə baxımından birləşməsi. □ Cümlə konstruksiyası.

Azərbaycan dilinin izahlı lüğəti

konsul [k'onsul] isim lat. consul – qonşu

1. Dövləti onun sərhədlərindən kənarda təmsil edən, onun və vətəndaşlarının hüquqi, iqtisadi və s. maraqlarını qoruyan daimi diplomatik nümayəndə. □ Səfirdən fərqli olaraq konsulun fəaliyyəti yerləşdiyi dövlətin bütün ərazisini deyil, yalnız bir hissəsini əhatə edir.

2. Tarix. Qədim Romada respublika dövründə seçilən yüksək vəzifəli iki şəxsin hər birinin titulu, habelə belə titulu olan adam.

3. Tarix. Fransada konsulluq dövründə qeyri-məhdud hakimiyyət verilmiş üç şəxsin titulu, habelə bu cür titulu olan adam.

Azərbaycan dilinin izahlı lüğəti

kontakt [k'antak't] isim lat. contactus – təmas, toxunma

Ünsiyyətə girmə, birləşmə, təmas, əlaqə. □ İşgüzar kontakt.

See also:

coğrafiya: tektonik kontakt Azərbaycan dilinin izahlı lüğəti

kontekst [k'antek'st] isim lat. contextus – birləşmə, əlaqə

Mətndə hər hansı söz və ya ifadənin mənasını dəqiqləşdirmək imkanı verən bitmiş bir hissə. □ Hər hansı sözü və ya ifadəni düzgün başa düşmək və doğru izah etmək üçün onu kontekstdə, yəni daxil olduğu mətn içərisində işlətmək lazımdır.

See also:

jurnalistika: kontekstdən çıxarma Azərbaycan dilinin izahlı lüğəti

kontingent [k'antingent] isim lat. contingens – kiminsə payına düşən

1. Hər hansı bir kollektivin (şirkət, idarə, müəssisə, təşkilat, ordu) tərkibi, şəxsi heyəti; müəyyən sosial qrupa daxil olan adamların ümumi tərkibi. □ Şagird kontingenti.

2. İqtisadiyyat. Xarici ticarətdə bəzi malların ixracı və idxalı üçün qoyulan norma.

Azərbaycan dilinin izahlı lüğəti

kontragent [k'ontragent] isim lat. contrahens – razılığa gələnlər

Müqaviləyə əsasən bir-biri ilə işgüzar münasibətdə olan tərəflər. □ Kontragent iddiası.

Azərbaycan dilinin izahlı lüğəti