Reklam
Reklam

Все словари

intermediya [intermediya] isim lat. intermedius – arasında olan

Dramaturji tamaşanın iki hissəsi arasında ifa edilən kiçik pyes, komik məzmunlu səhnəcik, komik əsər. □ İntermediya aktyorları.

Azərbaycan dilinin izahlı lüğəti

internet [internet] isim lat. inter – beynəlxalq + ing. net – şəbəkə

Məlumat mənbəyini və onun istehlakçılarını vahid informasiya məkanında birləşdirən qlobal kompüter şəbəkəsi. □ İnternet XX əsrin 60-cı illərinin ortalarında ABŞ Müdafiə Nazirliyi tərəfindən yaradılmışdı.

Həmçinin bax:

jurnalistika: internet abunəçisi jurnalistika: internet debatları jurnalistika: internet jurnalistikası jurnalistika: internet informasiya ehtiyatları jurnalistika: internet protokolu jurnalistika: internet rabitəsi jurnalistika: internet resursları jurnalistika: internet televiziyası jurnalistika: internet yayımı jurnalistika: internetdə paylaşma Azərbaycan dilinin izahlı lüğəti

interpol [interpol] isim ing. International Criminal Police Organization (ICPO)abr. Beynəlxalq Cinayət Polisi Təşkilatı

Unikal strukturu, hüquqi bazası və texniki təchizatı sayəsində beynəlxalq polis əməkdaşlığını səmərəli surətdə əlaqələndirən təşkilat. □ İnterpol cinayətlərin açılması, müxtəlif dövlətlərin polis xidmətlərinin əməkdaşlığı, beynəlxalq kriminalla mübarizə taktikasının işlənib hazırlanması üzrə beynəlxalq mərkəz kimi fəaliyyət göstərir.

Azərbaycan dilinin izahlı lüğəti

interpretasiya [interpretasiya] isim lat. interpretatio – vasitəçilik

Hər hansı faktın, hadisə və ya ədəbi əsərin fərqli yozumu. □ Fərqli interpretasiya.

Azərbaycan dilinin izahlı lüğəti

interval [interval] isim lat. intervallum – arakəsmə, məsafə

1. Zaman və ya məkan arasında fasilə, məsafə, müddət. □ Kiçik interval.

2. Musiqidə – iki səs tonu arasındakı fərq. □ Musiqi intervalı.

Həmçinin bax:

jurnalistika: kommersiya intervalı Azərbaycan dilinin izahlı lüğəti

intervensiya [intervensiya] isim lat. interventio – qarışma, müdaxilə etmə

Hərbi. Hər hansı ölkənin daxili işlərinə bir və ya bir neçə xarici ölkənin zorla müdaxilə etməsi. □ İraqın intervensiyası.

Azərbaycan dilinin izahlı lüğəti

intervü [intervü] isim ing. interview – müsahibə

Jurnalistika. Mətbuatda çap edilmək, teleradio ilə yayımlamaq məqsədilə müxbirin hər hansı bir (ictimai nüfuza malik) şəxsdən aldığı müsahibə. □ Prezidentlə intervü.

Azərbaycan dilinin izahlı lüğəti

interyer [interyer] isim fr. interieur – daxili

Binanın, mənzilin memarlıq baxımından tərtibat verilmiş daxili hissəsi. □ Müasir interyer.

Azərbaycan dilinin izahlı lüğəti

intim [intim] sifət lat. intimus – şəxsi, daxili

Çox şəxsi, yaxın, məhrəm, başqaları üçün qapalı. □ İntim söhbət.

Azərbaycan dilinin izahlı lüğəti

intonasiya [intanasiya] isim lat. intonare – ucadan tələffüz etmək

1. Danışıq zamanı səs tonunun dəyişməsi (ucalıb-alçalması). □ Dəyişən intonasiya.

2. Danışanın predmetlə bağlı hansısa hislərini əks etdirən tələffüz tərzi. □ Mülayim intonasiya.

3. Musiqi. Musiqi alətinin düzgün səslənməsi. □ Musiqi intonasiyası.

4. Məcazi mənada: bir şeyin ümumi ahəngi, yanaşmada mövqenin, münasibətin ifadəsi. □ Nikbin intonasiya.

Azərbaycan dilinin izahlı lüğəti

intuisiya [intuisiya] isim lat. intuitio – diqqətlə baxma

Geniş məntiqi mühakimə yürütmədən dərketmə, sezmə, duyma, fəhm, ürəyə damma. □ İntuisiya təcrübə, vərdiş və biliklərin nəticəsi olub ünsiyyət prosesində və bədii yaradıcılıqda vacib rol oynayır.

Azərbaycan dilinin izahlı lüğəti

inversiya1 [inversiya] isim latın

1. Biologiya. Xromosomun daxili hissələrindən birinin 180 dərəcə dönməsi nəticəsində onun quruluşunun dəyişməsi. □ Bioloji inversiya.

2. Coğrafiya. Təbii hadisə və proseslərin ümumi qanunauyğunluqlara zidd olaraq əks istiqamətdə inkişaf etməsi və/və ya yayılması.

3. Riyaziyyat. Verilmiş O (R) çevrəsinə nəzərən müstəvi nöqtələrinin çevrilməsi. □ İnversiya əmsalı.

4. Dilçilik. Cümlədə adi söz sırasının dəyişdirilməsi ilə yaradılan bədii ifadə üsulu. □ İnversiyadan cümlədə yeri dəyişdirilən sözü vurğulamaq, cümləyə xüsusi məna vermək, poetik mətndə vəzn və qafiyə yaratmaq məqsədilə istifadə olunur.

Həmçinin bax:

coğrafiya: landşaftların inversiyası coğrafiya: temperatur inversiyası coğrafiya: yağıntıların inversiyası Azərbaycan dilinin izahlı lüğəti

investisiya [investisiya] isim alm. investition < lat. investire – geyindirmək, örtmək

Müəyyən perspektivli işə, müəssisəyə uzunmüddətli kapital, əsaslı vəsait qoyulması. □ İnvestisiya yatırtmaq.

Azərbaycan dilinin izahlı lüğəti

inyeksiya [inyek'siya] isim lat. injectio – atma, tullama

1. Tibb. İynəvurma; az miqdarda məhlulun orqanizmə (dəri altına, əzələyə, damara və s.) yeridilməsi. □ Əzələ daxilinə inyeksiya.

2. Geologiya. Maqmatik materialın çökmə süxur təbəqələri arasına və ya süxur qatını kəsən çatlara soxulması prosesi.

Azərbaycan dilinin izahlı lüğəti

irrasional [irrasiyanal] sifət lat. irrationalis – qeyri-əqli, hissi

1. Hissi yanaşma; ağılla, düşüncə ilə dərk edilməyən; düşüncə və normal məntiqə zidd. □ İrrasional yanaşma.

2. Riyaziyyat. Nə tam, nə də kəsr ədədlərlə ifadə oluna, vahidlə ölçülə bilməyən. □ İrrasional ədədlər.

Azərbaycan dilinin izahlı lüğəti