Reklam
Reklam

Все словари

immiqrant [immiqrant] isim lat. immigrans – mühacir, köçürülən

Mühacir; müxtəlif səbəblərdən bir ölkədən köçüb başqa ölkədə yaşayan. □ İmmiqrantlar küçəsi.

Azərbaycan dilinin izahlı lüğəti

immiqrasiya [immiqrasiya] isim latın

Coğrafiya. Bir dövlətin vətəndaşlarının müxtəlif səbəblər (siyasi, dini, etnik və s.) üzündən daimi və ya müvəqqəti olaraq başqa ölkə ərazisinə köçməsi. □ İmmiqrasiya həyatı.

Azərbaycan dilinin izahlı lüğəti

immunitet [immunitet] isim lat. immunitas – nədənsə azad olmaq

1. Orqanizmin müxtəlif mənşəli zəhərlərə və xəstəliklərə müqaviməti. □ İmmunitet yaratmaq.

2. Tarix. Qərbi Avropada feodalların öz malikanələrində bəzi dövlət funksiyalarını (vergilərin yığılması və s.) həyata keçirmək hüququ. □ İmmunitet tələbi.

3. Dövlətdə xüsusi mövqe tutan bəzi şəxslərin, məs., deputatın və ya diplomatın toxunulmazlıq hüququ. □ İmmunitet hüququ.

Azərbaycan dilinin izahlı lüğəti

imperiya [imperiya] isim lat. imperium – dövlət, hakimiyyət

Çox geniş ərazi və güclü mərkəzi hakimiyyətə malik böyük monarxiya dövləti. □ Müxtəlif tarixi dövrlərdə Roma, Britaniya, Osmanlı, Rusiya və bu kimi imperiyalar mövcud olmuşdur.

Azərbaycan dilinin izahlı lüğəti

impiçment [impiçment] isim ing. impeachment – etimad göstərməmək, kənarlaşdırmaq

Etimadsızlıq göstərmək; Qərbin bir sıra ölkələrində dövlətin yüksəkvəzifəli şəxslərini məsuliyyətə cəlb etməyin xüsusi proseduru. □ İmpiçment qərarı.

Azərbaycan dilinin izahlı lüğəti

implantasiya [implantasiya] isim lat. in (im) – daxilə + plantatio – əkmə, köçürmə

1. Orqanizmin hüceyrə sisteminə yad struktur və materialların yeridilməsi, əkilməsi. □ Diş implantasiyası.

2. Rüşeymin bətndaxili inkişafa malik məməlilərdə balalığın və insanda uşaqlığın epiteli toxumasına yapışması.

Azərbaycan dilinin izahlı lüğəti

import [import] isim latın

İqtisadiyyat. Xarici ölkədən mal gətirilməsi, idxal. □ İmport etmək. İmport göstəricisi.

Azərbaycan dilinin izahlı lüğəti

impozant [impazant] sifət fr. imposant – təsir bağışlayan

Əzəmətli, təsirli, effektli, diqqəti cəlb edən. □ İmpozant görünüş.

Azərbaycan dilinin izahlı lüğəti

impresario [impresariyo] isim ital. impresario < imprendere – bir işə başlamaq, təşəbbüs göstərmək

Konsert, tamaşa, qastrol və s. təşkil edən peşəkar agent, sahibkar, prodüser, antreprenyor. □ İmpresario peşəsi.

Azərbaycan dilinin izahlı lüğəti

impressionizm [impressiyanizm] isim fr. impressionizme < impression – təəssürat

Sənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyan. □ İmpressionizm tərəfdarı.

Azərbaycan dilinin izahlı lüğəti

improvizasiya [impravizasiya] isim lat. improvisus – gözlənilməyən, qəfildən, ani

1. İfa və ya çıxış zamanı əvvəlcədən nəzərdə tutulmayan gedişlər, gözlənilməz yeniliklər etmək, melodiyanı və ya nitqin mətnini bədahətən dəyişdirmək; əvvəlcədən hazırlaşmadan müəyyən bir hadisəyə dərhal şeirlə cavab vermək. □ Uğurlu improvizasiya insandan fitri istedad, zəngin müşahidə, iti ağıl, kamil bədii təfəkkür, coşqun təb, söz sənəti sirlərinə dərindən bələd olmaq kimi xüsusiyyətlər tələb edir.

2. Bədahətən ifa edilən musiqi, söylənilən şeir və s. □ Təbiət mövzusunda improvizasiya.

Azərbaycan dilinin izahlı lüğəti

impuls [impuls] isim lat. impulsus – zərbə vurma, itələmə, təkan

1. Hər hansı bir hərəkətə səbəb olan təkan. □ İmpuls vermək.

2. Fizika. Cismin kütləsi ilə sürətinin hasilinə bərabər olan hərəkət miqdarı. □ İmpulsu ölçmək.

3. Fiziologiya. Sinir sistemində sürətlə cərəyan etməsi və sinir lifləri boyunca dalğavarı yayılması ilə səciyyələnən oyanma. □ İmpuls ritmi.

Azərbaycan dilinin izahlı lüğəti

impulsiv [impulsif] sifət lat. impulsus

Qeyri-iradi, impulsun təsiri nəticəsində yaranan, düşünülməmiş, məntiqə əsaslanmayan; impulsun təsiri altında hərəkət etməyə meyilli, çılğın, tez coşan. □ İmpulsiv adam.

Azərbaycan dilinin izahlı lüğəti

inaqurasiya [inaqurasiya] isim yun. inauguro – həsr edilmə

Yeni seçilmiş dövlət başçısının rəsmən öz vəzifəsinə başlaması ilə bağlı keçirilən andiçmə mərasimi. □ İnaqurasiya mərasimi.

Azərbaycan dilinin izahlı lüğəti

indeks [indek's] isim lat. index – göstərici, siyahı

1. Göstərici, ad və ünvanların siyahısı, reyestri. □ İndeks almaq.

2. Şərti işarələr (hərf, rəqəm və s.) sistemi. □ İndeks işarəsi.

3. İqtisadiyyatda inkişaf və dəyişmənin, istehsalın, həyat səviyyəsinin, qiymətlərin və s. nisbi göstəricisi. □ İnkişaf indeksi.

Həmçinin bax:

jurnalistika: mətbuat azadlığı indeksi jurnalistika: nəşrin indeksi Azərbaycan dilinin izahlı lüğəti