1. Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. □ Bu deyilənlər uydurma deyil, faktdır.
2. Nümunə, misal. □ Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. (Ə.Vəliyev).
3. Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. □ ..Qanun fakt tələb edir. (C.Cabbarlı).
4. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. □ Sübut olunmuş fakt.
See also:
1. Falçıların noxuda, suya, güzgüyə, kitaba və s.-yə baxmaqla gələcəkdən və ya keçmişdən xəbər verməsi. □ Fal göstərirdi ki, dan ulduzunun karvanqıran ilə ötüşüb qovuşmağı gözlənir. (Mir Cəlal).
2. Məcazi mənada: klassik ədəbiyyatda bəxt, tale mənalarında işlənmişdir. □ Koroğlu bu işi yaxşı fal hesab eləyib çox sevindi. (“Koroğlu”).
Toyuğun başqa yerdə deyil, müəyyən olunmuş yerdə yumurtlaması üçün ora qoyulan yumurta. □ Yumurtlamadı, yumurtlamadı, falını bəs neylədi? (Atalar sözü).
Dilim. □ Bir fal çörək.
Yelkəni qaldırmaq üçün istifadə edilən kəndir.
See also:
1. Molla məktəblərində şagirdləri cəzalandırmaq üçün işlədilən alət. □ Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır. (Ə.Haqverdiyev).
2. Ümumiyyətlə, keçmişdə müqəssirləri cəzalandırmaq üçün tətbiq edilən eyni alət və üsul. □ Əhmədi yıxıb, ayaqlarını qoydular falaqqaya, o qədər döydülər ki, ayağının bir qat qabığı getdi. (Nağıl).
1. İqtisadiyyat. Fransız utopik sosialisti Şarl Furyenin (1772-1837) layihəsində ideal cəmiyyətin ilkin özəyi olan əmək icması, kollektiv təsərrüfat.
2. Tarix. Franko İspaniyasında hakimiyyət başında olmuş faşist partiyasının adı.
3. Hərbi. Arxaizm. Makedoniya, Yunanıstan və bir sıra digər dövlətlərdə piyada qoşunlarının döyüş düzülüşü.
4. Zoologiya. Hörümçəkkimilər sinfindən olan həşərat; böv, büvə.
5. Anatomiya. Barmaq sümüyü.