1. Tarix. Feodalizm dövründə hakim sinfin nümayəndəsi; təhkimçi mülkədar. □ ..Havayı gəlir mənbəyi olan kəndlərini itirmək qorxusu ilə titrəyən feodallar dünyanın hər yerində qara qüvvədir. (M.İbrahimov).
2. Feodala, feodalizmə aid olan. □ Feodal vergi sistemi.
3. Feodalizm prinsiplərinə əsaslanan. □ Feodal dövləti.
4. Sifət kimi: feodala, feodalizmə xas olan. □ Feodal münasibətlər.
Tarix. Orta əsrlərdə xüsusilə Qərbi Avropada torpağın, istehsal vasitələri və kəndlilərin tək bir feodalın ixtiyarında olmasına əsaslanan, ümumdünya tarixi tərəqqinin gedişində ictimai-iqtisadi formasiyaların əvəz olunmasından ibarət bütöv dialektik prosesin orta həlqəsini təşkil edən ictimai-iqtisadi formasiya. □ Feodalizm zəmanəsi quldarlıq quruluşu ilə kapitalizm arasındakı dövrü əhatə edir.
Azərbaycan dilinin izahlı lüğəti1. Heyvandarlığın müəyyən sahəsi ilə məşğul olan ixtisaslaşdırılmış ayrıca təsərrüfat. □ Atçılıq ferması. Quşçuluq ferması.
2. Xüsusi və ya icarəyə götürülmüş torpaqda xüsusi təsərrüfat.
Bir-birilə birləşdirilmiş metal tirlərdən, dirəklərdən ibarət mühəndis qurğusu. □ Körpünün ferması. Fermanın hissələrini qaynaq etmək.
Azərbaycan dilinin izahlı lüğəti1. İlahiyyat. İbtidai insanların təsəvvürüncə guya fövqəltəbii sehrkar qüvvəyə malik olan və buna görə də sitayiş obyektinə çevrilən cansız şey; sənəm, büt. □ Fetişlər cürbəcür olur: daş, ağac parçası, təsvirlər.
2. Məcazi mənada: kor-koranə, sözsüz-şərtsiz inanılan, qəbul edilən şey.