lat. medium – ara, vasitəçi + fr. festival < lat. festivus – bayram
Kütləvi informasiya və kommunikasiya vasitələrinin son nailiyyətlərinin nümayiş etdirilməsi, inkişaf perspektivləri və yeni məhsullarının təqdim olunması üçün vaxtaşırı keçirilən tədbirlər silsiləsi.
Bu cür tədbirlər böyük toplantılardan, mükafatlandırma mərasimlərindən, sərgilərdən, film nümayişlərindən ibarət olur. Misal: «Media festivalı – fantastikadır,.. media ilə kreativliyin yanaşı addımladığının vacib göstəricisidir» (festivalofmedia.com).
Jurnalistika terminləri lüğəti