1. Tamaşa edilmək, gözdən keçirilmək, seyr edilmək. □ Yeni videolara baxıldı.
2. Mütaliə edilmək, göz gəzdirilmək, gözdən keçirilmək, ötəri oxunmaq. □ Qəzetlərin bugünkü nömrələrinə baxılmışdır.
3. Gözdən keçirilmək, axtarılmaq, araşdırılmaq, yoxlanılmaq. □ Hər tərəfə baxılmışdır. Korrekturaya yaxşı baxılmamışdır.
4. Fikir verilmək, əhəmiyyət verilmək, diqqət yetirilmək, nəzərə alınmaq, qulaq asılmaq. □ Məsləhətə baxılsaydı, belə olmazdı.
5. Müzakirə edilmək, gözdən keçirilmək. □ Məhkəmədə işə baxılmaq.
6. Qulluq edilmək, xidmət edilmək, qayğısı çəkilmək. □ Mal-qaraya yaxşı baxılmaq.
1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər, baxış. □ ..bir baxımda bitkinin nəinki indiki vəziyyəti, hətta gələcəyi haqqında belə hökm edə bilərdi. (M.F.Axundzadə).
2. Məcazi mənada: görüş, fikir, mülahizə, nöqteyi-nəzər. □ Bu baxımdan onun fikri doğrudur.