Reklam
Reklam

All dictionaries

barelyef [barelyef] isim fr. bas-reliefhərf. aşağı relyef

İncəsənət. Daş, metal, taxta üzərində yaradılan qabartma naxış (bəzək) şəklində heykəltəraşlıq əsəri. □ Barelyefdən heykəl postamentlərində, xatirə lövhələrində və s.-də istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

barokamera [barak'amera] isim yun. baros – ağır şey + kamera

Süni surətdə yüksək və ya alçaq barometrik təzyiq yaradılan hermetik kamera. □ Barokamerada müalicə.

Azərbaycan dilinin izahlı lüğəti

barometr [barometr] isim yunan

1. Coğrafiya. Atmosfer təzyiqini ölçmək üçün cihaz. □ Mayeli, qazlı və metal (aneroid) barometrlər olur.

2. Məcazi mənada: cəmiyyətin vəziyyətini müəyyən edən göstərici. □ Əhalinin alıcılıq qabiliyyəti iqtisadiyyatın əsas barometrlərindən biridir.

Azərbaycan dilinin izahlı lüğəti

barrikada [barrik'ada] isim fr. barricade – çəlləkdən maneə

Adətən, üsyançıları (küçə döyüşləri zamanı) polis və hərbçilərdən qorumaq üçün təsadüfi əşya və materiallardan (daş, ağac, qumla dolu kisə, dəmir, beton qırıqları və s.) düzəldilən sipər istehkamı. □ Barrikada qurmaq.

Azərbaycan dilinin izahlı lüğəti

barter [barter] isim ing. barter – mübadilə, dəyişmə

Pulun iştirakı olmadan ekvivalent dəyərli malların mübadiləsi. □ Barter prosesində məhsula qiymət qoyulması gömrük, sığorta məbləğlərinin, sanksiyaların müəyyənləşdirilməsi məqsədi güdür.

Azərbaycan dilinin izahlı lüğəti

baryer [baryer] isim fr. barriere – maneə, çətinlik

1. Keçib-getməyə mane olan çəpər; qaçmağa, keçməyə maneə. □ Baryeri aşmaq.

2. Məcazi mənada: hər hansı bir işin icrası zamanı qarşıya çıxan (çox zaman süni surətdə yaradılan) maneə. □ Baryer qoymaq.

See also:

coğrafiya: biocoğrafi baryer coğrafiya: coğrafi baryer Azərbaycan dilinin izahlı lüğəti

batal [batal] sifət fr. bataille – döyüş

Kütləvi döyüş, müharibə səhnələrini təsvir edən. □ Batal səhnələr.

Azərbaycan dilinin izahlı lüğəti

bayker [bayker] isim ing. biker < bike – motosikl

Motosiklet azarkeşi, həvəskar. □ Baykerlər üçün motosikl həyat tərzinin ayrılmaz hissəsidir.

Azərbaycan dilinin izahlı lüğəti

bayt [bayt] isim ing. byte

İnformatika. Kompüter texnologiyasında istifadə olunan əsas informasiya vahidi. □ Bir bayt 8 bitə bərabərdir.

Azərbaycan dilinin izahlı lüğəti

baza [baza] isim yun. basis – özül

1. Nəyinsə özülü, bünövrəsi. □ İqtisadi baza.

2. Dayaq nöqtəsi, bir şeyin cəm olunduğu yer. □ Hərbi baza.

See also:

jurnalistika: qanunvericilik bazası jurnalistika: məlumat bazası jurnalistika: verilənlər bazası jurnalistika: verilənlər bazası serveri Azərbaycan dilinin izahlı lüğəti

benefis [benefis] isim fr. benefice – gəlir, fayda

Kino, yaxud səhnə xadiminin (aktyor, rejissor) yüksək sənətkarlığı, ustalığı şərəfinə hazırlanan xüsusi tamaşa, teleradio verilişi. □ Aktyorun benefisi.

Azərbaycan dilinin izahlı lüğəti

bestseller [bestseller] isim ing. bestseller < best – ən yaxşı + seller – satılan

Kütləvi tirajla nəşr edilən və çox satılan kitab. □ Bu ilin bestselleri.

Azərbaycan dilinin izahlı lüğəti

beysbol [beysbol] isim ing. baseball < base – özül + ball – top

İdman. Top və ağacdan ibarət idman oyunu; əsasən, Amerikada və İngiltərədə geniş yayılmış oyun növü. □ Beysbol yarışı.

Azərbaycan dilinin izahlı lüğəti

biatlon [biyatlon] isim lat. bis… – iki, ikili + yun. athlon – yarış, mübarizə, çarpışma

İdman. Ən azı, dörd yerdə dayanıb tüfəngdən atəş açmaqla 20 km-lik məsafəyə xizək yarışı. □ Biatlon üzrə qaçış.

Azərbaycan dilinin izahlı lüğəti