1. Ər, qoçaq, igid. □ Ərənlər kimi döyüşmək. Ərənlər dözə bilməz; Bu dərdə dözən mənəm. (Bayatı). Ərənlər ölüb, kürənlər meydan sulayır. (Atalar sözü).
2. Dünyagörmüş, müdrik, ağıllı adam. □ Bizlərdə ərənlər üçə deyərlər. (S.Rəhimov).
3. Dini etiqada görə Allaha və övliyalara yaxın olmaq şərəfinə nail olmuş adam. □ Çağıraram ərənləri, pirləri; Arzularam bizim əziz yerləri. (Aşıq Rəcəb).
4. Mövhumi təsəvvürlərə görə suda yaşayan mövhum bir vücud. □ Suya söylə ərən eşitsin, köməyinə çatsın.
1. Dini etiqada görə məhşər (qiyamət) günü yenidən diriləcək insanların öz əməllərinə dair haqq-hesab vermək üçün toplaşacaqları yer, meydan.
2. Davalı, iğtişaşlı, gurultulu, hadisə, təntənə, bayram haqqında. □ A balam, bu nə ərəsatdır. □ Küçəyə çıx, gör nə ərəsat var?