1. Arxaizm. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir). □ Sərvət əhli. Dərd əhli.
2. Bir yerdə sakin olan, daim bir yerdə yaşayan, bir yerin əhalisindən olan adam. □ Kənd əhli. Şəhər əhli.
3. Bacaran, bilən adam. □ İşi əhlinə tapşır.
4. Əhali. □ Nə əhlimizdə ayıqlıq əlaməti görüneydi; Nə bir para oxumuşlarda bu zəkavət oleydi. (M.Ə.Sabir).
1. Arxaizm. Ev adamları, ailə, külfət. □ İnsan öz əhli-beytindən kənar oldu, əlbəttə, onun üçün, bir növ narahatlıq hasil olacaq. (C.Məmmədquluzadə).
2. İlahiyyat. Müsəlmanların Məhəmməd peyğəmbərin övladlarına verdikləri ad. □ Əhli-beyt tərəfdarları.