1. Şaqqa halında bölmək, parçalamaq; iki parçaya ayırmaq. □ ...qəssab kimi qızğın halda inəyi şaqqalayırdı. (M.İbrahimov).
2. Məcazi mənada: şaqqa halında bölmək, parçalamaq; iki parçaya ayırmaq. □ Xiyar əyri bitəndə, a qız, analı-qızlı məni şaqqalayacaqsınız. (N.Vəzirov).
1. Şaqqıltı səsi çıxarmaq. □ Göy gurultusu ... qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. (M.Hüseyn).
2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq. □ Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. (S.Rüstəm).
3. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında). □ Tərlanın boynu şaqqıldadı. (Ə.Məmmədxanlı).
4. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək. □ Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. (M.Hüseyn).
5. Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq. □ Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. (A.Səhhət).
1. Şaqqıldamaq, şaq-şaq səs çıxarmaq (çox şey haqqında). □ Bir tərəfdə çeşmələr şaqqıldaşırdı. (Y.V.Çəmənzəminli).
2. Qəhqəhə çəkib gülmək (çoxları haqqında). □ ...Traktoristlər artıq özlərini saxlaya bilməyib, şaqqıldaşıb gülüşdülər. (Ə.Məmmədxanlı).