1. Şirə ifraz etmək, şirə buraxmaq, şirə salmaq, sulanmaq, tam yetişmək. □ Payız vaxtı bağçamızın heyvaları dəyəndə; Şaftalılar şirələnib budağını əyəndə; Xonça tutub göndərərəm sənin də öz payını. (S.Vurğun).
2. Şirə vurulmaq, şirə çəkilmək. □ Divarlar tərtəmiz şirələnmişdir.
1. Şirəsi olan, sulu. □ Şirələ meyvə. Şirəli yem. Şirəli bitki.
2. Şirə vurulmuş, şirə çəkilmiş, şirələnmiş. □ Həyətin o biri tərəfində nazik bir daş divarla müntəzəm tikilmiş ... şirəli mətbəx ... görmək olardı. (H.Sarabski).
3. Şirəyə bulaşmış, şirə sürtülmüş. □ Şirəli əl. Şirəli paltar.
4. Məcazi mənada: təravətini, məlahətini itirməmiş, gözəşirin, xoş, duzlu. □ Dürdanə xanım yaşı altmışa yaxın, qədd-qamətli, hələ çox canı şirəli bir arvaddı. (Ə.Əbülhəsən).
1. Ağızda şəkər, bal və s. kimi xoş tam verən; dadlı, ləzzətli. □ Şirin armud. Şirin meyvə.
2. Şəkərlə, balla, mürəbbə və s. ilə hazırlanan. □ Şirin qoğal. Şirin yeməklər.
3. Zərf kimi məcazi mənada: ləzzətlə, böyük həvəslə, iştaha ilə, şirin-şirin. □ ...Rəna elə şirin yatmışdı ki, qulağının dibində top da atılsaydı oyanmazdı. (E.Sultanov).
4. İçməli, içməyə yarar; tərkibində duz olmayan (su haqqında). □ Şirin su balıqları.
5. Məcazi mənada: xoş, səfalı, dadlı, zövqverici, ləzzətli. □ ...həyat necə şirin və əzizdir, xüsusən ki, ... təxti-səltənətin üstündə. (M.F.Axundzadə).
6. Məcazi mənada: çox qiymətli, çox əziz. □ Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. (“Koroğlu”).
7.Məcazi mənada: ürəyəyatan, xoşagələn, xoş. □ Şirin söz. Şirin danışıq.
8. Məcazi mənada: xoş, səfalı, fərəhli, məsud. □ Şirin tələbəlik illəri. Şirin ailə həyatı.
9. Məcazi mənada: qızğın, canlı, maraqlı. □ Lütfəli bəy və bir neçə bəylər oturub şirin söhbət eyləyən vaxtda Nəbi içəri girir. (“Qaçaq Nəbi”).
10. Məcazi mənada: xoşagələn, mehriban, riqqətli. □ Gəncliyin qəribə xəyalları şirin vədlər verirdi. (İ.Əfəndiyev).
11. Bəzi yeməli bitkilərin adlarının tərkib hissəsi. □ Şirin biyan. Şirin bibər.
12. Çox gözəl olmadığı halda, olduqca sevimli, cazibəli görünən; qanışirin, suyuşirin. □ Şirin qız. Şirin uşaq.
See also: