1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. □ Ata-anasını görcək qız həyatından şikayətə başlardı. (H.Sarabski).
2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. □ Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. (C.Məmmədquluzadə).
1. Arxaizm. Şikayət edən, şikayətçi, şikayət mahiyyətində olan. □ Şirəli dayısının şikayətkar danışığını eşidərkən təəccübləndi. (M.Hüseyn).
2. Arxaizm. Məcazi mənada: kədərli, yanıqlı, iniltili. □ Qocanın otağından şikayətkar bir tar təranəsi gəldi. (İ.Əfəndiyev).
1. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil. □ Şikəst oğlan. Şikəst qoca.
2. Bədənin hər hansı bir üzvündən məhrum olmuş və ya hər hansı bir səbəbə görə onu itirmiş; əlil adam. □ Müharibə şikəstləri. Şikəstlərə kömək.
3. Məcazi mənada: sınıq, nöqsanlı. □ Stolun bir qıçı şikəstdir.
1. Musiqi. Segah məqamında zərbli muğam. □ Sürü-sürü qoyunları çoban yamacda otladır; Alır ələ papağını, oxur şikəstə, fit çalır. (A.Səhhət).
2. Sifət kimi məcazi mənada: klassik ədəbiyyatda sınıq, qırıq, qırılmış, sınmış mənalarında işlənmişdir. □ İntizarın mən çəkirəm neyvəstə; Könül pərişandır, xatir şikəstə. (M.V.Vidadi).
3. Sifət kimi məcazi mənada: qəlbi qırılmış, qəlbi yaralı, ürəyi sınmış. □ Şikəstə Zakirəm, sevmişdim səni; Atəşi-fəraqə yandırdın məni. (Q.Zakir).
4. Fars yazısında işlədilən, sürətlə yazılan yazı xətlərindən birinin adı. □ Şikəstə xətti.