1. İlahiyyat. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis yollara çəkməyə çalışan bir varlıq). □ Düz deyirəm – şeytandan qorxuram, yalan deyirəm – Allahdan. (Atalar sözü).
2. Məcazi mənada: araqarışdıran, fitnəkar, xəbərçi, çuğul adam haqqında. □ Şeytana rast gəlməsən, nə var ki. (H.Nəzərli).
3. Məcazi mənada: çox bic, kələkbaz. □ Halal olsun, Süleyman, sən nə kələkbazsan, şeytan! (Ü.Hacıbəyli).
4. Məcazi mənada: dəcəl. □ Şeytan bir qız nəvəsi də; Ayaq üstə dayanmışdı. (N.Rəfibəyli).
See also: