1. Elektrotexnika. Müxtəlif maşın və qurğuların kuzovsuz çərçivəsi və ya özülü. □ Motorlu şassi.
2. Elektrotexnika. Müxtəlif cihazların, radioaparatlarının və s.-nin əsas hissələrinin üzərində quraşdırılan özülü.
3. Elektrotexnika. Təyyarələrdə göyə qalxıncaya qədər və enəndən sonra onların aerodrom üzərində hərəkətinə xidmət edən və yerə endikləri zaman zərbə gücünü azaldan qurğu, hissə.
1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. □ Fikri şaşqın, qəlbi həyəcanlı idi. (M.İbrahimov).
2. Zərf kimi: nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. □ ...kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı. (T.Ş.Simurq).
3. Sərsəm, ağlını itirmiş. □ Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva. (H.Cavid).
4. İsim kimi: şaşqın adam. □ Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar. (H.Cavid).