Bax: şamanlıq.
1. Bəzi şimal, Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din forması. 2. Şamanın işi, peşəsi; sehrbazlıq, cadugərlik.
Bax: şəmatət.
Zoologiya. Xəzər, Qara dəniz, Azov dənizləri hövzələrində çox yayılmış balıq. □ Şamayı ... pulcuqları gümüşü, bel tərəfi tünd-yaşıl, üzgəcləri isə açıq rəngdə olur. (Y.Əbdürrəhmanov).
Şam qoymaq üçün altlıq. □ Otaqlarda yanan şamdanlar söndürülmüşdü. (M.S.Ordubadi).
Arxaizm. Saraylarda işıq işlərinə baxan şəxs.
Botanika. Ətirşah fəsiləsindən bəzək bitkisi. □ Ətirşah fəsiləsinin şamdangülü cinsinin növləri bəzək bitkiləridir. (M.Qasımov).
İçinə alma, qaplama, aid olma, dəxli olma (adətən “etmək”, “olmaq” köməkçi feillərilə işlənir). □ Bu məsələ sizə də şamildir. Göstəriş hamıya şamildir.
Botanika. Çılpaq-toxumlu, iynəyarpaqlı bitkilər fəsiləsinin adı. □ Şamkimilər fəsiləsinin ... yarpaqları xırda pulcuq şəkilli və ya dəstələrlə yığılmış iynəşəkillidir. (H.Qədirov).
Axşam yeməyi, axşam üçün hazırlanan yemək(lər). □ Şamlıq nəyiniz var? Şamlıq hazırlamaq.
Çoxlu şam ağacı bitən yer, şam meşəsi. □ Kəndin üst tərəfi şamlıqdır.
Odadavamlı bişmiş gil və həmin gildən hazırlanmış kərpic.
Köpüklənən, qazlı üzüm şərabı. □ Azərbaycan Şampan şərabı.
Bax: şampan.
Baş yumaq üçün ətirli duru sabun və ya sabun tozu.
Axşam yeməyi yemədən. □ Qonşuya ümid olan şamsız yatar. (Atalar sözü).