Qərbin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən geri qalan dünya ölkələrinə verilmiş ümumi ad.
Bu coğrafi terminin müxtəlif lüğətlərdə izahı fərqlidir. Oksford (İngiltərə) lüğətində Ü.D.-ya “Asiya, Afrika və Latın Amerikası ölkələri”ni, Marriam Vebster (ABŞ) lüğətində “kommunist və qeyri-kommunist bloklara qoşulmamış Afrika, Asiya ölkələri, habelə digər xalqlar”ı, Rusiyanın “Böyük izahlı sosioloji lüğəti”ndə “əksəriyyəti XX əsrin ortalarınadək müstəmləkə olmuş Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri”ni daxil edirlər. Terminin özü isə ilk dəfə 1952-ci ildə Fransanın “L`Jbservateur” (“Observer”) qəzetində işlədilib, ilk vaxtlar kapitalist və kommunist dünyası arasında “soyuq müharibə”də iştirak etməyən dövlətlərə aid olunub. “Soyuq müharibə” bitdikdən sonra Ü.D. anlayışının mənası da dəyişib, bu ad altında adambaşı gəliri az olan və insan inkişafında geri qalan ölkələr nəzərdə tutulmağa başlayıb.
Coğrafiya terminləri lüğətiAçıq sahədə, hamar məhəldə Yer səthinin dairə şəklində gözlə görünən kənar hissəsi.
Ü. müşahidə aparılan yerin hündürlüyündən asılı olaraq genişlənir. Ü.-ün kənarında göyün Yerə bitişik kimi görünən sərhədinə Ü. xətti deyilir. Ü. xətti müşahidəçi üçün Yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. differentia – fərq, müxtəliflik
Landşaft tiplərinin ekvatordan qütblərə doğru qanunauyğun şəkildə dəyişməsi.
Coğrafi örtüyün Ü.D.-sına səbəb günəş enerjisinin coğrafi enliklər üzrə qeyri-bərabər paylanması, nəticədə istilik, rütubət, mineral və üzvi maddələr dövranı intensivliyinin dəyişməsidir. Günəş şüalarına perpendikulyar səth (ekvatorial enliklər) maksimal enerji alır, meyillilik artdıqca (qütblərə doğru) enerji azalır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti