Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

coğrafi örtüyün diferensiasiyası

yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm + lat. differentia – fərq, müxtəliflik

Yerin coğrafi örtüyünün geoloji quruluşu, relyefi, hidroiqlim rejimi və s. ilə fərqlənən sahələrə – təbii komplekslərə (landşaftlara) bölünməsi.

Coğrafi örtük nə şaquli, nə horizontal istiqamətdə yekcins deyil. Hər təbii kompleks süxurlar, hava, canlılar aləmi kimi bir-biri ilə əlaqəli komponentlərdən ibarətdir. C.Ö.D., ilk növbədə, istilik və rütubətin bu təbii komplekslər arasında qeyri-bərabər paylanması ilə əlaqədardır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti