lat. ornithorhynchys anatinus
Suda üzən ibtidai məməli.
Ö.-lar ailəsinin yeganə nümayəndəsidir. Ö. birdəliklilər dəstəsinin eyniadlı fəsiləsinə aiddir. Bədəninin uzunluğu 60 sm olub, bunun 14 sm-i quyruğa aiddir. Çəkisi isə 0,5-2 kq-dır. Vətəni Avstraliya və Tasmaniyadır. Balasını südlə bəsləyir. Yumurta qoymaqla çoxalırlar. 1-2 yumurta qoyur və 9-10 gün kürt yatır. Buna görə də onlar yumurtaqoyan məməlilər adlanır. İlk dəfə zooloq Benn tərəfindən təsvir edilmişdir. Bu heyvan Avstraliyanın simvoludur. Heyvanın şəkli Avstraliya pulunun – 20 sentin üzərinə həkk olunmuşdur. Balalarını südlə bəsləyir. Bədən temperaturu ali məməlilərdən aşağıdır. Plasentası yoxdur.
Biologiya terminlərinin izahlı lüğətilat. anatidae
Orta və çox böyük olmayan ölçülərə malik su quşları.
Ö. adi olduğu eyniadlı fəsilə qazkimilər dəstəsinə aiddir. Ö.-in 110 növü məlumdur. Tüklərinin rəngi müxtəlifdir. Azərbaycan ərazisində 23 oturaq və köçəri növü (ev Ö., yaşılbaş Ö., ala Ö., anqut və s.) yaşayır. Ö. geniş yayılmışdır. Yaşılbaş Ö.-i 3-4 kq, ağ Ö. 2-3,5 kq-dır. Orta illik yumurtalama 250 ədədə qədərdir. Ö. bir çox ölkələrdə bəslənilir. Ayaq barmaqları arasında suda yemlənmə ilə əlaqədar olaraq üzmə pərdələri vardır. Dimdikləri yastıdır. Süzücü ağız aparatına malikdir. Əksəriyyət növləri ov quşlarıdır.
Biologiya terminlərinin izahlı lüğətiOnurğalı heyvanlarda və insanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq ifraz etdiyi şirə.
Sutka ərzində həmişə əmələ gəlir, amma yalnız qida qəbulu zamanı qaraciyərin daxilindən çıxan digər axacaqla birləşərək nazik bağırsağın onikibarmaq bağırsaq adlanan şöbəsinə açılır. Ö.-ün tərkibində bilirubin və biliverdin piqmentləri vardır. Ö. əsasən yağların həzmini həyata keçirən lipaza fermentini fəallaşdırır. Yetkin insanda sutkada 0,7-1,2 litr Ö. hasil olunur və onikibarmaq bağırsağa tökülür.
See also:
Biologiya terminlərinin izahlı lüğətiOnurğalı heyvanlarda və insanda öd şirəsinin toplandığı kisəşəkilli orqan.
Ö.K. qaraciyərin daxilində yerləşir. Ö.K. həzm fermentləri hazırlamasa da, hazırladığı maddələr fermentlərin fəaliyyətini yüksəldir. Gəmiricilərdə, balinakimilərdə, fillərdə, təkdırnaqlılarda və bəzi cütdırnaqlılarda Ö.K. olmur.
See also:
Biologiya terminlərinin izahlı lüğətiLentşəkilli qurdlar sinfinə aid növ.
Ö.S.-nin epidemiyası Afrika, Latın Amerikası, Filippində və Şərqi Avropa ölkələrində mövcuddur. Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin bədəninə finna şəklində daxil olur, yumurta şəklində tərk edir. Yastı qurdların əksəriyyəti kimi hermofroditdir. Yetkin fərdlərinin uzunluğu 4-10 m-ə çatır. Başcıqda 4 sormacıq vardır. Eynicinslidir. Yetkin sürfəsi qaramalın əzələsində yaşayır. Buğumlarının sayı 1000-ə qədər olur. Əsas xüsusiyyəti həzm orqanlarının olmamasıdır. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur. Yaxşı qaynadılıb bişirilməmiş və ya qızdırılmamış mal ətində olur.
See also:
Biologiya terminlərinin izahlı lüğətilat. tussilago
Mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik ot cinsi.
Gövdəsinin hündürlüyü 5-25 sm olub, üzəri qırmızımtıl və qonurumtul pulcuğabənzər sıx yarpaqlarla örtülmüşdür. Yarpağı keçə kimi tüklüdür. Çiçəkləri qızılı-sarıdır. Adi D. adlı 1 növü var. Yarpaqlarında selikli maddələr, tusilyagin qlükozidi və inulin olur.
See also:
Biologiya terminlərinin izahlı lüğəti