1. Başqa, digər. □ Vətən mülkü doğmadır, özgə diyar – ögey. (Atalar sözü).
2. Aid olduğu sözə xüsusi emosionallıq verir. □ İlin hər fəslinin bir hüsnü var, amma qışın ləzzəti bir özgədir. (C.Məmmədquluzadə).
3. Həmin cəmiyyətə, kollektivə, ailəyə mənsub olmayan. □ Özgə uşaq.
4. İsim kimi: kənar, yabançı, yad, özgəsi. □ İçim özümü yandırır, çölüm özgələrini. (Atalar sözü).
5. Qoşma kimi: digər, başqa. □ Bahar fəsli el şad olur sərasər; Hərgiz məndən özgə yoxdur mükəddər. (Q.Zakir).
Həmçinin bax: