1. Övladlar, uşaqlar, oğul-uşaq. □ .. Mən sən Qorxmazı bu gün öz çolma-çocuğundan ayırıb, bir itə dəyişəcəyəm. (C.Cabbarlı)
2. Uşaqlar, çocuqlar. □ .. qollarını geniş açaraq əvvəlcə bizi – çolma-çocuğun hamısını birdən qamarlayıb bağrına basdı.. (Ə.Məmmədxanlı)
Azərbaycan dilinin izahlı lüğəti1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu. □ Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi. (Ə.Vəliyev)
2. Həmin xoruzun bütöv şəkildə qızardılmışı. □ .. qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi. (Ə.Vəliyev)
3. Məcazi mənada (zarafatla): uşaq. □ .. Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq. (Ə.Məmmədxanlı)
Azərbaycan dilinin izahlı lüğəti