1. Bişməmiş, bişirilməmiş, qaynadılmamış. □ Çiy ət. Çiy süd.
2. Yaxşı bişməmiş, yarıbişmiş, ala-bişmiş. □ Xörəyin əti çiydir.
3. Məcazi mənada: tutqun, açılışmamış, kal. □ Növbətçi qadın mürgüdən hövlnak ayıldığını göstərən tutqun və çiy bir səslə cavab verdi. (M.Hüseyn).
4. Məcazi mənada: yersiz, münasibətsiz. □ Çiy söz.
5. Məcazi mənada: yetişməmiş.
1. Bədənin boyundan qollara qədər olan hissəsi. □ Ağır bir sükutun qəsəbədə hökm sürdüyünü görən Leylək çiynindəki beşaçılan tüfəngini hərləyib əlinə aldı. (S.Rəhimov).
2. Geyimin haman yeri örtən hissəsi. □ Paltonun çiyni.
See also: