1. Hər cür işıqlandırıcı cihaz (qaraçıraq, lampa, fənər, lampoçka və s.). □ Kasıb çıraq yandırar, dövlətlinin pulunu sayar. (Atalar sözü).
2. Məcazi mənada: işıq, ziya, nur mənasında. □ Bu dağı bağ eylərəm, ay bülbüllər; Yanın çardaq eylərəm, ay bülbüllər; Eşitsəm sən gəlirsən, ay bülbüllər; Yolunu çıraq eylərəm, ay bülbüllər. (Xalq mahnısı).
Həmçinin bax:
1. Çıraqban olma, çoxlu işıq yanma, çıraqların yanması nəticəsində hasil olan işıq. □ Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. (M.S.Ordubadi).
2. Hər hansı bir bayram, təntənəli şadyanalıq münasibətilə binaların, küçələrin işıqlarla bəzədilməsi. □ Parkda çıraqbanlıq təşkil etmək.