1. Arxaizm. Atla bir yerə məktub, əmr, xəbər aparıb-gətirən şəxs; qasid, yamçı. □ Nə oldu, qoca? Çaparlar qayıtdılarmı? (Ə.Məmmədxanlı).
2. Tarix. Atlı mühafizəçi. □ Bəli, çaparlar hazırlanıb, atlılar, başlarında da padşahın oğlu birgünlük yola çıxdılar vəzirin qabağına. (Nağıl).
Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapmaq. □ Mirzə Fətəli heç bir bacarığı olmayan, quldur dəstələri düzəldib, karvanları çapıb-talayan, özlərini qoçaq göstərmək istəyən bəyləri də az tənqid etməmişdir. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Bədənin hər hansı bir yerində sağalmış zədə yeri, yara yeri, yarıq izi. □ Əjdərin alnında kiçik bir çapıq qalmışdı. (S.Rəhman).
2. Bir şeyin səthində uzunsov oyuq, cızıq. □ Stolun çapığı. Divarın çapığı.
3. Sifət kimi: bir şeyin səthində uzunsov oyuq, cızıq. □ İri, çapıq bir daşı; Götürüb bu vaxt yerdən; Qəzəblə atdım suya. (Z.Xəlil).