Reklam
Reklam

Bütün lüğətlər

çanaq [çanax] isim

1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. □ Çanağa un tökmək.
2. Çanaq tutan qədər ölçü vahidi. □ İki çanaq un.
3. Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı.
4. Elektrotexnika. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvarı qurğu. □ 65 metr uzunluğunda nəhəng buruğu xatırladan polad qaldırıcı yerə şığıyıb cəld qalxır, çanağına aldığı torpağı boşaldaraq böyük bir qum təpəsi yaradırdı. (M.Əlizadə).
5. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən.
6. Gövdə. □ Gəmi çanağı.
7. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvarı sərt qabıq; qın. □ Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu .. dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. (M.S.Ordubadi).
8. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. □ Sazın çanağı.
9. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər. □ İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir.

Həmçinin bax:

frazeologizm: başında çanaq sındırmaq frazeologizm: bir çanaq darı atsalar, biri də yerə düşməz frazeologizm: çanaq ... başında çatladı frazeologizm: gözləri qan çanağına dönmək frazeologizm: qan çanağı Azərbaycan dilinin izahlı lüğəti