1. Səpələnən və ya un kimi şeyləri götürmək üçün yanları azacıq yuxarı əyilmiş, bir tərəfi açıq, qısadəstəli alət. □ Çalovla un götürmək.
2. Texnika. Ekskavatorda və bəzi başqa mexanizmlərdə torpaq və s. götürmək üçün qurğu; çanaq. □ ..kötüyü ekskavatorun çalovunda qaldırmaq istəyərkən paslanmış bir qutu gördü. (S.Vəliyev).
1. Palçıq, lil, lehmə. □ Qaşqa atı çamıra salmağa heyfim gəldi. (S.S.Axundov).
2. Məcazi mənada: gerilik, cəhalət, mədəniyyətsizlik; bataqlıq mənasında. □ Kəndi ayağa qaldırmaq, çamırlardan çıxarıb, işıqlı yola çəkmək hər bir namuslu vətəndaşın vəzifəsi deyilmi? (M.İbrahimov).
Həmçinin bax: