Mənbələrdə dan sözü “səhər şəfəqi”, inrik sözü isə “axşam şəfəqi” kimi açıqlanıb. Aydın sözündəki dın hissəsi də həmin dan sözünün şəkilçiləşmiş formasıdır. Axşam yerinə, inrik, “gecə”nin sinonimi kimi isə zinrik sözü işlədilən vaxtlar olub (dialektlərdə indi qalır). Əsli sağır nun ilə yazılıb. Öz sözümüzdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDan sözü “səhər”(dan yeri sökülü), “təəccüb” (dan gəlir-“диву даешься”) mənalarında işlədilir (omonimdir). Danlamaq 2-ci məna ilə bağlıdır, ”təəccübü sözlə ifadə etmək” deməkdir. Başqa yozum da mümkündür: sözün dan hissəsi danışmaq feilinin kökü də ola bilər, amma dan kəlməsinin feil düzəldən –la şəkilçisini qəbul etməsi göstərir ki, sözün kökü feil deyil. Deməli, birinci yozum daha etibarlı hesab edilə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu birləşmədəki dar sözü farscadır və “kəndir, ip, sap” mənalarında işlədilir (kəndirbaz sözünün sinonimi kimi darbaz kəlməsi də mövcuddur). Dar ağacı birləşməsi “kəndir ağacı” deməkdir (kəndiri ağaca bağlayır və günahkarı göydən asırlar) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDırmığa- “torpaq darağı”, pipiyə-“quş darağı”, кист руки yerinə, əl darağı və s. işlədilib. Hamısı “çıxıntı, diş, ayrıc” anlamı ilı bağlıdır. Daraq- “dişləri olan alət” mənasında işlədilib və dırmıq, dırnaq, dırmaşmaq sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mənaya malikdir:
1. “Budaqlarını kəsəndə alınan məhsul”.
2. “Saçı (yunu) darama prosesində darağın dişlərinə ilişib qalan tük, yun” və s. Daramaq sözünün qədim mənası “hissələrə ayırmaq” (dırmıq-“dişləri olan”, daraq-yenə də “dişləri olan”...) demək olub. Deməli, darantı daramaq sözü ilə qohumdur və daramaq prosesinin nəticəsini bildirməyə xidmət edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Hirsli” anlamında işlədilir. Qədim bir deyimdə oxuyuruq: “heç düşünmürsən ki, sevgilin arğınmı, darğınmı, yorğunmu?” Dar-ğın, dar-ıl-maq sözlərindəki –ğın və -ıl şəkilçilərindən məlum olur ki, sözün kökü feildir, dar-t-maq kəlməsinin qədim kökü olan dar sözü də özünü feil kimi büruzə verir. İndi dar müstəqil olaraq feil kimi işlədilmir. M.Kaşğaridə tar sözü “разгонять”,”рассеивать”, tarıl feili isə onun məchul növü kimi açıqlanıb. Düşünmək olar ki, dağıl, darıl, darğın sözləri tarixən kökdaş olub. Darıxmaq sözü isə dar(узкий) sifəti ilə bağlıdır, qanıxmaq, otuxmaq, yadıxmaq, gecikmək sözlərinin qəlibi üzrə əmələ gəlib, “sıxılmaq” (darlaşmaq) deməkdir. Başqa ehtimal da mümkündür: dar sifətindən bərkimək, turşumaq, daşımaq, ləngimək qəlibi üzrə dar-ı-maq feili yaranıb, sonra dar-ı-ğın, dar-ı-ıl formasında düşüb. Birinci variant daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti