Tatar dilində “içki, şərab” mənalarını verən burda kəlməsi var. Sözün əsli bor şəklində olub. Bardaq –“şərab qabı” (şərab tuluğu) deməkdir. Rus dilindəki бурдюк (qədimdə bardaq “tuluq” olub, yəni dəridən düzəldilib) kəlməsi də buradan törəmədir, hətta бордовый sifəti də “şərab rəngində olan” anlamını əks etdirir. Sözün –daq hissəsi daqqa kəlməsində (“qab, çən” mənasında) indi də qalmaqdadır. Başqa yozum da var: Bordo Fransada yer adıdır. Orada istehsal edilən çaxır növünə “bordo” deyilib. Bordovıy “bu çaxırın rəngində olan” deməkdir. Bardaq “çaxır qabı” dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim dövrdə barmaq (getmək) feili olub. İndi var –gəl kəlməsində işlədilməkdədir və bar sözü var şəklinə düşüb. “Barışmaq”, “gediş-gəlişi itirməmək”, “əlaqəni kəsməmək”, yəni “küsülülüyü aradan götürmək” deməkdir, barmaq (varmaq) feilinin qarşılıq növdə işlədilmiş formasıdır (mən sizə varım, sən də bizə var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBarod forması da mövcud olub. Görünür, “od” (yanmaq) anlamı ilə bağlıdır. “Od saçan” deməkdir. Ehtimal ki, bar hissəsi “elektrik” mənasında işlədilən bərq kəlməsinin təhrif edilmiş formasıdır; birinci komponent ərəb, od isə türk mənşəlidir, sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQarşılığı kimi, bəzi türk dillərində ərnək kəlməsi işlədilir: adsız barmaq yerinə, “cicəmuq ərnək” deyirlər, ulu ərnək –“baş barmaq”dır, suq ərnək –“şəhadət barmağı”dır və s. Barmaq bizdə ölçü vahidi də olub, indiki dyum sözünün yerinə işlədilib (baş barmağın diametri əsas götürülüb). Biz bəzən duym sözünü təhrif edərək düymə kimi də işlədirik. Güman edirəm ki, barmaq kəlməsi dırmıq, dırnaq, daraq sözləri ilə qohumdur. “Diş” (çıxıntı) deməkdir. Elə indi də dırmığın dişləri bəzən barmaq kimi işlədilir. Barmaqlıq (pəncərə ilə bağlı çıxıntılı dəmir) sözü də buna müəyyən əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Gəncəbasar” deyirik. Bəzi dialektlərdə “qohum, tayfa” mənasında basalaq sözü işlədilir. Subasar sözü də mövcuddur. Basar sözü “sərhəd, zona” anlamlarında da işlədilir. Ərəb mənşəli bəsər sözü var, “göz, görmə” mənalarında işlədilir. Zənn edirəm ki, Gəncəbasar –“Gəncə və onun ətrafında gözlə görünə bilən yerlər”, “həndəvər” deməkdir və burada basar (bəsər) kəlməsi ərəbcədir. Subasar sözündəki basar isə basmaq feilindən əmələ gəlib. Basalaq (tayfa, nəsil) sözünün etimologiyası qaranlıq qalır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti