Keçmişdə gəlini atasının evindən ər evinə atla aparırdılar. Buna “gəlin atlandı” deyirdilər. Həmin mərasim zurnada ifa olunan xüsusi hava ilə muşayiət edildiyindən musiqi havası da atlandırma adlandırılmışdır. İndi məna bir qədər dəyişib: gəlini maşınla aparırlar, lakin havanın adı yenə də atlandırma kimi qalmaqdadır (Vağzalı kimi də işlədilir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənalarından biri qədim mənbələrdə “döyünmək” kimi açıqlanıb. Həmin məna indi istehza ilə dediyimiz “filankəsdən ötrü gözüm atır” cümləsində özünü saxlaya bilib. Deməli, ürəyim atır idiomundakı atmaq sözünün tullamaq anlamı ilə heç bir əlaqəsi yoxdur, döyünmək (биться) sözünün sinonimidir. Frazeoloji vahidlər, adətən, kəlmələrin qədim mənalarını əks etdirməyə xidmət göstərir (müqayisə et; yolun düşsə ifadəsindəki düşmək sözü tuş olmaq tərkibi feili ilə bağlıdır, düşmək sözü ilə heç bir əlaqəsi yoxdur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Çəpər” mənasını əks etdirir. Qədimdə aulun ətrafı bağlı (çəpərli) olub. Qoyun saxlanılan xalxal da ağıl (ətrafı bağlı) adlanır. Qaqauz dilində aul sözü “çəpər” mənasını indi də saxlayıb. Onlarda aulaşırı ifadəsi ruscaya “через забор” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCamışın 1-2 yaşlı balasını bəzi rayonlarda bu sözlə adlandırırlar, Həmid Abbasov adlı bir müəllim bunu belə yozub: buradakı avara yaşla bağlıdır (nə uşaqdır, nə də böyük; hər ikisindən avaradır). Mən də qəbul edirəm, çünki 1 yaşdan 2 yaşa qədər olan heyvan, doğrudan da, nə o yanlıqdır, nə bu yanlıq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİmperator Avqustun adı ilə bağlıdır, iyul və avqust bir-birinin ardınca gəlsə də, hər biri 31 gündən ibarətdir. Səbəbi: iyul Yuli Sezarın adı ilə bağlıdır və 31 gündür, Avqust cənabları da fevralın bir gününü kəsib avqust ayına calayır ki, Yulidən geri qalmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. I əsrdə Roma Aralıq dənizi ətrafında bütün torpaqları öz nəzarətinə götürmüşdü. Xarici düşmənlər imperiyanın ərazilərinə qəsd etməyə cürət eləmirdilər. Amma Roma dövlətinin daxilində tez-tez vətəndaş müharibələri baş verir, bu üzdən də hərc-mərclik hökm sürürdü.
E.ə. 44-cü ildə bir neçə respublikaçı Romanın vahid hökmdarına çevrilmiş Yuli Sezara qarşı sui-qəsd təşkil etdi. Yenidən vətəndaş müharibəsi alovlandı və sonda hakimiyyət Sezarın bacısı nəvəsi Oktavianın əlinə keçdi və vətəndaş müharibəsi, nəhayət ki, başa çatdı.
Oktavian Roma imperiyasının əsasını qoydu. E.ə. 27-ci ildə qədirbilən romalılar Oktaviana yeni ad verdilər. Onu Avqust adlandırmağa başladılar, yəni avqurlar tərəfindən xeyir-duası verilmiş. Avqurlar gələcəkdən xəbər verməyi bacardıqları üçün bu ad uğurlu və xoşbəxt ad hesab olunurdu. Məhz bu adı ilə Oktavian insanların yaddaşında qaldı.
Avqust vaxtilə Yuli Sezarın düşündüyü bir çox islahatları gerçəkləşdirdi; məsələn, o, Sezar tərəfindən təklif olunan və hər dörd ildən bir, ildə 365 yox, 366 günün olmasını nəzərdə tutan, uzun il adlandırılan təqvim islahatını həyata keçirdi. O vaxtdan da Oktavianın anadan olduğu sekstili ayını onun şərəfinə avqust adlandırmağa başladılar. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQərb dialektlərində rəngi bir qədər ağ olan şirin gilasa “ablaq gilas” deyirlər. Sözün əsli avlaq yox, ağlaq olub. Burada ağ kökü məlumdur, -laq şəkilçisi isə, güman ki, -xay şəkilçisinin dəyişmiş formasıdır (dəlixay, solaxay sözlərindəki kimi). Qədim mənbələrdə “ağız suyu” birləşməsinin mənasını verən balavız sıqu ifadəsinə təsadüf etmişəm. Göründüyü kimi, burada da ğ-v əvəzlənməsi mövcuddur. Qərb dialektlərində ağarmaq əvəzinə, avazımaq (“xəstənin rəngi avazıyıb” deyirlər) sözü də mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti