Qaqauz dilində alat sözü var və ruscaya спешка kimi tərcümə olunub. Alatlan kəlməsi isə tələsik (торопливо) kimi açıqlanıb. Qətiyyətlə demək çətin olsa da, tələs və alat kəlmələri arasında qohumluğun mümkünlüyü haqqında mülahizə söyləmək mümkündür, məna yüz faiz uyğun gəlir, forma yaxınlığı da mövcuddur. Görünür, alat sözü bizdə alas şəklinə düşüb, sözün əvvəlinə isə t səsi artırılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə aldatmaq kəlməsinə uyğun mənada işlədilir. Qədim mənası “ögey balanı (heyvanda) əmizdirməyə alışdırmaq, analığa isinişdirmək” deməkdir. Bu işlə məşğul olan şəxsə teləçi deyiblər. Güman edirik ki, tovlamaq sözü ilə qohumdur. İndi təlimək sözü fırıldaq yolu ilə bir şeyi başqa bir adama sırımaq anlamında işlədilir. Ola bilsin ki, rus dilindəki теленок sözü də təlimək kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, ərəblərdə təmənni kimi də işlədilir, “arzu”, “xahiş” deməkdir. Qərb dialektlərində təmənnaş sözü “xudahafizləşmək”, “görüşmək” anlamını da əks etdirir. M.Cümə yazır: Bircə gəlib təmənnaşıb əl-ələ vurdunmu heç?! / Görüşək, təmənnaşaq, / Əl verginən ələ, Əziz! (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti