Bu çalğı alətinin adı farscadır, tar “sim” deməkdir (simli alət olduğu üçün belə adlanır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bu söz bir neçə mənada işlədilir: toyuğun çıxdığı hündür yer, qar topası və s. Hər iki halda hündürlük anlamı əsas götürülür, fars mənşəlidir. Tar rus dilinə “вершина” kimi tərcümə olunub. Güman ki, talvar (hündür yer) sözü də bununla qohumdur. Demək, tar qaranlıq, musiqi aləti, sap (tük, əriş, sim, ip) mənalarında işlədilir. Çadır (əsli: çəhar tar) sözü də “dörd sap” (dörd sapdan toxunduğu üçün belə adlanıb) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXalis türk sözüdür, çuvaş dilində bu söz tar-aqan, daraşkan (daraşmaq?!) kimi işlədilir, mənası “qaçağan” (bərk qaçan) kimi açıqlanıb. Anadolu türklərində söz dızıxan formasındadır ki, bu da “qaçan” deməkdir. Əvvəlcə feili sifət olub, sonra isimləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaynaqlarda tarı (əkmək), tarıq (dən), tarığçı (əkinçi), tarığlıq (tarla), tarlaq (əkin sahəsi, “pole”), tartın (məhsul) sözləri mövcuddur və hamısı qohum kəlmələridir, kök tar ismidir. Deməli, tarla “əkilmiş sahə”, “məhsul” deməkdir və xalis türk sözüdür. Taxıl isə ərəb sözüdür və mədaxil kəlməsi ilə kökdaşdır. Bizdə buna tartın deyilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür, iri mis qabı (teşti) bu sözlə adlandırıblar. Rus dilində bizdəki çanaqlıq (hövsələ sümüklərinin birləşdiyi yer) yerinə taz işlədirlər. Çanaq və tas (taz), təxminən, eyni şeydir (hər ikisinin içi çökək, oyuq olur). Ruslardakı taz bizdəki tas sözünün azca dəyişmiş formasıdır. İkinci tas sözü də var və nərdlə bağlı işlədirik, mənası “zər” (oyun zəri) deməkdir. İndi başqa anlamda işlədirik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQəbilə və tayfa sözləri ərəb mənşəlidir. Qəbilə kiçikdir, tayfa isə qəbilələr birləşməsindən ibarət olub. Bizdə qəbilə yerinə “boy”, tayfa əvəzinə “oymaq” sözləri işlədilib. Oymaq – “ərazi” mənasını əks etdirən sözdür, bu mənada bəzən indi də işlədilir. Belə güman edirəm ki, boy və bəy sözləri eyni olub: boy – bəyin rəhbərlik etdiyi qəbilə kimi anlaşıla bilər (bəy, əslində, “varlı” deməkdir, amma bir boya rəhbərlik etmək onun varlı olması ilə ziddiyyət təşkil etmir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTay “cütün biri” deməkdir, tuş sözü isə əş sözü ilə bağlıdır (əş –“dost”, “tanış” deməkdir). Tay-tuş (əsli: tay-əş) sinonimlər birləşməsidir. Əş sözünün tuş şəklinə düşməsi tay sözünün təsiri ilə bağlıdır (buna distant təsir deyirlər). M.Cümədə oxuyuruq: Mən səni sevmişəm yeddi yaşında, Bərabərin yoxdur tayı-tuşunda... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti