Qədim mənalarından biri “yanmaq” kimi açıqlanıb (Tutuşdu qəm oduna şad gördüyün könlüm...). Tutuşmaq elə “odlanmaq” deməkdir, mənbələrdə tuta sözü var və rus dilinə загореть kimi tərcümə olunub. Tütün və tüstü sözləri də tuta feili zəminində əmələ gəlib (əvvəl ikisi bir söz olub, sonra müxtəlif mənaları əks etdirməyə başlayıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz məlum quşla bağlı qadınlara verilən addır. Tuti quşu şirin dilli hesab olunduğu üçün adam adına çevrilib. M.Cümə yazır: Ey mənim əzizim, ey mənim gülüm, / Ördəyim, qazımsan, tuti bülbülüm. Deməli, tutu quşunun oxuması bülbüllə müqayisə edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim forması yük şəklində olub. Qanad yerinə yük də işlətmişik. Oперение sözünün qarşılığı yüklük kimi qeydə alınıb. Tülək, lələk, yelək sözləri də tük kəlməsi ilə qohumdur. Elə buna görə də yun, qıl kimi sözlər tük sözündən fərqlənir: tük, əsasən, quşlarla bağlı işlədilir. Görünür, tük (əsli: yük) sözü uçmaq, yüksəyə qalxmaqla (yük və yük-sə-k!?) bağlı işlədilən söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə tü (“tük” mənasında), tülə (tükünü dəyişmək) sözləri var. Tülək kəlməsi tüləmək feili zəminində əmələ gəlib. Tülək tərlan ifadəsi aşıq poeziyasında çox işlədilib. Tükünü ilk dəfə dəyişən (cavan) tərlan tülək tərlan adlanır. Cavanlıq həm də qoçaqlıq, igidlik əlamətidir. Ona görə də tülək sözü eyni zamanda “çevik” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bu sözün tüklü forması da mövcuddur. Deməli, tülkü tarixən “tükü çox olan heyvan” mənasını əks etdirib. Mənbələrdə sözün tüklü, tülük formaları da qeydə alınıb və ruscaya волосатый, пушистый şəklində tərcümə olunub. Qabığı tüklü şaftalıya dialektlərdə hulu (tülü, tüklü) şaftalı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGöytürk imperatorluğuna qədər türk sözü müstəqil etnik ad kimi işlədilməyib. Hunların dövründə türk hun (qoçaq, igid hun) birləşməsi olub, sonra türk “hun”suz işlədilib. Türk yerinə, qədim uyğur yazılarında ərklər sözü verilib (çinlilər türk yerinə Tu-ku işlədiblər). Görünür, ərk, tuku və türk eyni sözün dəyişmiş formalarıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti