Sarmaşmaq, sarmaşıq sözləri ilə kökdaşdır. Sarmaq feilindən dolma qəlibi üzrə sarma ismi kimi yaranıb, -sa şəkilçisi meyil bildirən feil düzəldir (su-sa-maq), sarmasa “bir-birinə sarınmağa meyilli olma” deməkdir. -q şəkilçisi isə feildən isim əmələ gətirir. Deməli, sözün əsli sar-ma-sa-q kimi olub. Bəzi mənbələrdə sarımsaq sözü rus dilində “закутанный” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKənd adıdır, tala ismindən və sarı sifətindən əmələ gəlib. Bu qəlib üzrə yaranmış yer adları az deyil. Volqoqradın Тсаритсын adı türk mənşəlidir (1589-cu ildən belə adlanıb), mənası “sarı şenlik” (əvvəl sarığşun kimi olub) deməkdir. Bir vaxtlar Xəzər türklərinin paytaxtı olub. Saratov (sarı dağ) şəhərinin adı da türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSarmaq (sarımaq) sözündəndir. Sarmaşıq ağaca və s. dolanır (sarınır). Ona görə də bu adla adlanıb. Sözün törəmə kökü sarma hissəsidir. (Müqayisə et: dırma, dırma-n, dırma-ş) və indi müstəqil işlədilmir; -ş şəkilçisi burada feilin qarşılıq növünü bildirmir, qayıdış növ düzəltmişdir. Dırmanır və dırmaşır sözlərində -n və -ş şəkilçisi sinonimdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAnadolu türklərində sata feili “işə qarışmaq” mənasında qeydə alınıb. -ş şəkilçisi qayıdış feil də düzəldir (dırma-ş-maq, gərnə-ş-mək, gic-i-ş-mək, do-la-ş-maq...). Ola bilsin ki, sataşmaq sözü qatışmaq feilinin təhrifi sayəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSatlıq mal ifadəsi mövcuddur. Sat feilidir və o, -lıq şəkilçisini qəbul etməməlidir (qırxlıq, əmlik, udlaq kimi sözlərdə də bu qanun pozulub). Səbəbi nədir? Mənbələrdə satlıq sözü satılıq kimi işlədilib, sonra -q ixtisara düşüb və satmaq feili satı (müqayisə et: yaz və yaz-ı) şəklinə düşüb. Qırxlıq - qırxılıq, əmlik - əmilik kimi olub. Deməli, şəkilçi birbaşa feilə yox, ismə artırılıb. Sonra isim düzəldən şəkilçi reduksiyaya uğrayıb. Bəzən deyirlər ki, söz satlıq yox, satdıq kimi olub, -dıq şəkilçisi isə feili sifət əmələ gətirir. Unudurlar ki, feili sifət inkar şəkilçisini qəbul edir, amma satlıq, əmlik, udlaq, qırxlıq kimi sözlər -ma-nı qəbul edə bilmir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti