Çağdaş dilimizdə -ış4 şəkilçisi qayıdış feili düzəltmir (və ya çox az hallarda düzəldir: büz-üş, sür-üş...), amma keçmişdə bu vəzifəni yerinə yetirib. “Aparmaq” mənasında sür feili olub, indi də maşını sür tipli cümlələrdə ona yaxın anlamda işlədilir. Bu kök zəminində sürgün kəlməsi yaranıb, sürümək feili mövcuddur (-ı4 şəkilçisi feildən feil düzəldib: sür və sürümək ... və s.). Sürüş həmin sür feilindən düzəlmiş qayıdış növdür. Sürün forması da var və bu da qayıdış növdür, amma sürüş və sürün leksik məna baxımından ciddi surətdə fərqlənir: həm məna, həm də forma (son səs) dəyişmələrə məruz qalmışdır. Dırmaş və dırmanmaq sözləri də həmin qəlibə uyğun əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim mənbələrdə sül (сочность), süllük (сырой) sözləri var. Sütül isə “hələ tam yetişməmiş, sülü olan” anlamını əks etdirir. Ehtimal ki, həm sütül, həm də onun ən qədim variantı olan sül sözləri məhz su anlayışı ilə bağlıdır: “canı sulu” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSidik kanalında mikrobların əmələ gətirdiyi xəstəlikdir (гоноррея), süzmək feili ilə əlaqəsi yoxdur: fars mənşəlidir (süzənək); süzən “iynə”dir, xəstəlikdə də bərk sancılar olur. Sifilis isə italyan həkimi Frankstorinin (1483-1553) bir poemasındakı obrazın adı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilindəki течь feilinin mənasına uyğun anlamı əks etdirən öz feilimiz olub. Ondan özən (çay, arx) ismi də yaranıb, amma indi bizdə işlədilmir. Sızmaq, süzmək kimi sözlər isə həmin öz kəlməsi ilə qohumdur. Öz və su mənaca qohum sözlər olduğundan süz və sız sözlərinin su ilə bağlı olması haqqında fikir söyləmək mümkündür. Mədəaltı vəziyə özdən demişik. Ehtimal ki, bu da öz feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti