Heyvanın dərisini, ağacın qabığını və s. soyuruq. Bir vaxtlar dəri, qabıq yerinə soyuntu (sıyıntı) sözünü işlətmişik. Sıyırmaq və soymaq sözləri kökdaşdır. Soymaq sözü indiki soyunmaq feilinin mənasında da işlədilib, soyun sözündəki -un şəkilçisi feilin qayıdış növünü düzəldir. Aşıq Mücrüm Kərim (XVIII əsr) yazır: Soy libası, qoy kənarə, rövşən olsun xanəmiz, / Əbrdən xali olan, ol afitabın vaxtıdı... (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSu kəlməsi ilə bağlıdır. Bəzi dillərdə suuq kimi işlədilir. “Temperaturun aşağı enərək su temperaturuna yaxınlaşması, uyğunlaşması” deməkdir. Soy – sözün qədim köküdür və su(suv) sözünün dəyişmiş formasıdır. -u şəkilçisi feil düzəldib (soyu), -q şəkilçisi isə sifət əmələ gətirib. Dilimizdə u-o əvəzlənməsi mövcuddur: Soyutma yumurta ifadəsi, əslində, suya atma kimi olub, sonra u səsi o səsi ilə əvəz edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKartofu, yumurtanı... soyutma bişirmək –nə deməkdir? Suya atırsan, qaynayır, vəssəlam. Soyutma sözü suya atma kəlməsinin azca dəyişmiş formasıdır. Deməli, bu söz soyuq kəlməsindən deyil, suyaatmaq kəlməsindən törəmişdir. Farslar buna abpəz (suda bişən) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSöz kəlməsi ilə kökdaşdır. Söymək sözü də söylə və söz kəlmələri ilə qohumdur. Söz söyləmək və söz demək ifadələri sinonimdir. Söyləmək sözünün qədim forması sözləmək olub. İndi söy müstəqil kök kimi işlədilmədiyindən söylə kəlməsi sadə söz hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürk dillərində bu söz müxtəlif formada işlədilir: burunku gün (tuva dilində), üçüncü gün (tatar), ötöqün, ötenqen (qaqauz). Bizdə arxa anlamında sırt sözü var, bəzi türk dillərində “əvvəlki” mənasını verən soki kəlməsi mövcuddur. Srağagün sözü “sırtdakı (sokidəki) gün” deməkdir, dünənki gün yox, onun arxasında qalan gün anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiVaxtilə yul (bulaq, arx), yulaq (çay, su), kölər (su yığılan yer), yelpir, yelpək (мочить), çoqra (кипеть), çoqrama yul (isti su), ol ton (yaş paltar), çilə (мочить), çi (роса), çun (мыться), yelpiş (отсыревать) və s. sözləri bu anlamda işlənib. M.Kaşğaridə oxuyuruq: Aqturur gözüm yulaq, / Tüşlənir ördək, yuğaq... / Yəni “Göz yaşım çay kimi axır, onun gölünə ördəklər, qazlar yığışır”. Su sözünün əsli cu kimi olub, “maye” mənasını əks etdirib. Süd, yelin, yağış, göl və s. sözlər “su” (cu) mənası ilə bağlıdır (yelin celin, yağış cağış, göl cöl kimi olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMüasir dilimizdə “ərgən” (evlənməmiş, cavan) mənasında işlədilir. Anadolu türklərində “zabit” anlamını əks etdirir. “Qədim türk dillərinin lüğəti”ndə su (sü) sözü “ordu” mənasını verir (ər sükə barmış, yolda atı armış -ər orduya yollanmış, yolda atı haldan düşmüşdür). Belə güman etmək olar ki, söz sü (su) və bay (bəy) kəlmələrindən əmələ gəlmiş, “ordu bəyi” (başçısı) anlamında işlədilmişdir. Qədim türk adətlərinə görə (Dədə Qorqudu yada salın), igidlik göstərməyən gəncin evlənməyə ixtiyarı olmurdu. Elə bu mənada da subay(ərgən) sözü “evlənmək” mənası ilə bağlı ola bilər. İkinci ehtimal: ərəb dilində sabuyyun (cavan oğlan) və sabuyyütən (cavan qız) sözləri var. Subay bununla da əlaqədar ola bilər. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti