Çatının bir növüdür və əsli farscadır. Si hissəsi sə (üc) sözünün dəyişmiş formasıdır. Sicim üç teldən hörüldüyü üçün belə adlanıb. Yastı olur. Rəşmə isə dörd teldən hörülür və yumru olur. El arasında sicimin hörülmə formasına üçəm, rəşməninkinə isə dördəm deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRəvayətə görə, yeni ilin gəlməsini ilk olaraq, hansı heyvan görsə, il onun adı ilə başlanmalı imiş. Buğa öz böyüklüyünə arxayın olur və düşünür ki, ili birinci o görəcək. Siçan isə xəlvətcə buğanın başına çıxır və ili birinci o görür, ona görə də siçan ili birinci il hesab olunur. Sonra gələnlər: buğa, pələng, dovşan, əjdaha, ilan, at, qoç, meymun, xoruz, it, donuz. Pələng, əjdaha, ilan, meymun illəri xeyirli illər hesab olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSil sözü “təmizlə” deməkdir, onun zəminində silik (indi bu sifət işlədilmir) sifəti yaranıb (təmiz deməkdir). Silkmək feili də sil feili ilə qohumdur, amma müasir baxımdan aralarında məna fərqi var: silk sözü “yırğalama” anlamına uyğun gəlir. Silkələ(səpələ qəlibi üzrə) forması da mövcuddur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti