Yaranın üzündə əmələ gələn bərk qabıq belə adlanır (qərtmək də deyirlər). Mənbələrdə qart sözü “язва” kimi şərh olunub. Tuva dilində qart (kart) sözü “qabıq, pərdə” anlamında işlədilir. Bir ehtimala görə, qartmaq və qart kökdaş ola bilər. Başqa variant isə belədir: qart feildir və “bərkimək” anlamını əks etdirir. Qartmaq ismi də qabığın bərkliyi ilə bağlıdır. Üçüncü ehtimala görə, qartmaq sözü “köhnəlmək” mənasını verir, qarımaq sözü ilə bağlı ola bilər, çünki qartmaq təzə yarada yox, bir qədər köhnəlmiş yarada əmələ gəlir. Ən inandırıcı və etibarlı yozum ondan ibarətdir ki, qart “qabıq” deməkdir; qartmaq isə “yaranın bərkimiş qabığı” kimi başa düşülməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMusa peyğəmbərin əmisi oğlunun adı Qarun, qardaşının adı isə Harun olub. Qarun çox varlı, lakin xəsis olub. Harun isə səxavət simvolu kimi tanınıb. Ona görə də Qarun və Harun poeziyada bir-birinə qarşı qoyulur: Qarun girdi dərin quyuya, / Malı dolana-dolana. (M.Cümə) Harınlaşmaq sözünü də Qarun sözü ilə bağlamaq mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz qaynaqlarda qısırğa kimi verilib. Güman ki, qısmaq (qırışmaq, burulmaq) feili ilə bağlıdır. Havada qasırğa olanda hərə bir tərəfə qaçır və sığınacaq (qısılmaq) yeri axtarır. İkinci ehtimal belədir: sözün əsli qopurğa kimi olub, sonra qasırğa şəklinə düşüb. Qopurğa qoparğanı götürmək ifadəsindəki birinci sözlə bağlıdır. Farslar buna girdbard (külək burulğanı) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdəki qas (paltarın ətəyini qas deyirik) və qat sözləri sinonimdir (qatla deyirik). Qasnaq sözü də “əymək, ətrafına dolamaq” anlamı ilə bağlıdır: “əyib uclarını bağlamaq” deməkdir (ələyin qasnağı və s.). Sözün təhrif olunmuş forması da var: sağanaq. Mənbələrdə qasnaq yerinə saxlaq da işlədilib, saxlaq sözü sıxmaq feili ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaş düzəltdiyi yerdə göz çıxardı deyimi var. Ruslar buna “медвежья услуга” deyirlər. Bizim kənddə isə Sadıqlı həngi sözündən istifadə olunur. Sadıqlı tirəsində birinin alnına milçək qonur, qardaşı güllə ilə milçəyi vurur və kişi də ölür. Hindlərdə təmsil olub: sahibinin burnuna qonmuş milçəyi qovmaq üçün ayı pəncəsi ilə kişini əzib (əslində, hindlərdə ayı yox, meymun haqqında təmsil var, ayını Lafonten artırıb, yəni meymunu öz təmsilində ayı ilə əvəz edib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHəm də təpəl, ağıtma kəlmələri ilə ifadə edilib, “ağ ləkə” kimi açıqlanıb. Anadolu türklərində qaşqa yerinə akıtma işlədilir. Deməli, ağ sözü ilə bağlıdır. Sözün sinonimi təpəldir. Qaş və təpə (kəllə) məsafəcə bir-birinə yaxın olur. Görünür, qaşqa (təpəl) atın (heyvanın) təpəsində olan “ağ ləkə” deməkdir. Qaraqalpaq dilində buna ak manlay deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti