Qalukoma xəstəliyinə el arasında qarasu deyirlər. Buradakı qara sözü sifət deyil və rəng bildirmir, həmin kəlmə göz (qaraq) deməkdir, qarasu məfhumu isə gözsuyu (qarasuyu) sözünün dəyişmiş formasıdır. Gözümün qarası ifadəsi sinonimlər birləşməsidir, əvvəlcə gözümün qarağı (gözümün gözü, yəni зрачок) kimi olub, sonra dəyişikliyə məruz qalıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bulaqların bəzilərinin suyu içmək üçün az yararlıdır. Belə suya qarasu deyilir. Bulaq suyu daşdan sızanda tərkibi daha yararlı olur, birbaşa torpaqdan sızanda yararsız olur (köp verir və s.). Qara –“torpaq” deməkdir. Qarasu torpaqdan sızan bulaqdır (hərfi mənası “torpaq suyu” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürk dillərində qara sözünün mənaları olduqca çoxdur: rəng, çirk, torpaq, yazmaq, ağır, pis, yas, cinayət, yaraq, xalq, xuruş... Qarayara kəlməsində qara “pis” mənasındadır, “qorxulu, təhlükəli yara” deməkdir. 1788-1789-cu illərdə rus alimi S. Andreyev Uralda bu xəstəliyi tədqiq edib, Sibir yarası adı burdan əmələ gəlib. Qarasu ifadəsində qara “torpaq” deməkdir (torpaqdan sızıb çıxan və tərkibi pis olan su), gözümün qarası birləşməsində qara kəlməsi “qaraq” (зрачок) anlamını verir və s. İkinci ehtimal da mümkündür: bəzi türk dillərində сибирская язва birləşməsinin qarşılığı kimi, kuydurqı kəlməsi işlədilir, “yandırıcı” deməkdir. Məndə belə bir inam var ki, qarayara birləşməsindəki qara sözü göy (od, yanmaq) kəlməsinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBunun üç yozumu mümkündür:
1. Qara sifətindən əmələ gəlib, quşun rəngi ilə bağlıdır (rus dilindəki галка və ворона sözləri də “qara” deməkdir).
2. Qarğamaq feili ilə bağlıdır. Keçmiş təsəvvürə görə, bu quş qarıldayarkən pis şeylər arzu edirmiş.
3. Söz təqlididir və qarıltı kəlməsi zəminində yaranıb. Ruslardakı грач sözü də гракать (плакать və плач qəlibi üzrə) sözündəndir, çıxardığı səsə görə belə adlanıb, təqlidlə bağlılıq daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti